Lal deputat Ağalar Vəliyevin dili acıldı

4-08-2015, 08:52   
Lal  deputat   Ağalar Vəliyevin dili acıldı

Fəhlələrin pulunu kəsən deputat seçiciləri qarşısında «hesabat» verir


Azadlıq prospektində yanan 16 mərtəbəli binanın təmir edən fəhlələrin maaş problemi hələ davam edir. Bir müddət əvvəl məlumat yayılmışdı ki, fəhlələrin maaşları verilmədiyinə görə təmir işləri dayandırılıb. Həmin məlumatda deyilirdi ki, “Aqrartikinti” ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyev işçilərə vəd edilən pulu vermir.
Məlumat üçün deyək ki, yanan binanın təmiri “Aqrartikinti” ASC-yə tapşırılıb. Bu qurumun rəhbəri deputat Ağalar Vəliyevdir. Bəzi məlumatlara görə, Ağalar Vəliyev prezidenti şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubova yaxın şəxsdir. Bəylər Əyyubov onu “Azəryolservis” ASC-nin rəhbəri təyin etdirmək niyyətindədir. Bildirilir ki, yanan binanın təmiri də Ağalar Vəliyevə elə buna görə tapşırılıb. Bu, vəzifəyə getmək istəyən deputat üçün bir növ imtahandır. Lakin görünən odur ki, Ağalar Vəliyev verilən tapşırığın öhdəsindən gələ bilmir. Hər halda maaş qalmaqalı belə deməyə əsas verir.
Fəhlələr bildirir ki, onlara pul versələr də, bu vəd edilən məbləğ deyil. “Bizə yüksək maaş vəd etmişdilər. Amma indi qəpik-quruş verirlər. Bir dəfə qəzetlər yazdı, dedilər narahat olmayın, düzələcək. Amma heç bir nəticəsi yoxdur”, -deyə redaksiyamıza zəng edən fəhlələr bildirib.
Fəhlələrin narazılığı isə deyəsən Ağalar Vəliyevi maraqlandırmır. Deputatın başı seçicilərinin qarşısında “hesabatla” çıxış etməyə, daha doğrusu seçki başlamamış təbliğat kampaniyası aparmağa qarışıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.