Təcili tibbi yardım işçilərindən həkimliyə və insanlığa sığmayan addım - VİDEO

5-08-2015, 16:19   
Təcili tibbi yardım işçilərindən həkimliyə və insanlığa sığmayan addım - VİDEO

Dünən gecə saatlarında “20 Yanvar” metro stansiyasının yaxınlığında bir vətəndaş huşsuz vəziyyətdə yerdə uzanmışdı. Qafqaz Xəbər Agentliyinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə orta yaşlarındaolan bu şəxs güclə nəfəs alaraq yerdə uzanmışdı. Ətrafına toplaşan insanlar isə ona necə yardım edəcəklərini bilmirdilər. O səbəbdən əraziyə təcili tibbi yardım maşını çağrıldı. Bir müddət sonra təcili yardım əraziyə gəldi ,ancaq vətəndaşa yaxınlaşmadı. Əraziyə toplaşan vətəndaşlar israrla təcili yardım həkimlərindən xahiş edirdilər ki, vətəndaşa ilk tibbi yardım göstərilsin, yoxsa vətəndaş ölə bilər. Təcili yardım həkimləri isə heç nə olmamış kimi “biz heçnə edə bilmərik, gedin polisə deyin polis gəlsin baxsın” deyə təkrar edirdilər.



Vətəndaşlar isə “ona polis yox ilkin tibbi yardım göstərilməlidir ,yoxsa vətəndaş ölə bilər, köməklik göstərin vətəndaş özünə gəlsin ,sonra polis gəlib aparar” desələr də təcili yardım həkimləri ölüm ayağında olan vətəndaşa kömək etməkdən imtina edərək hadisə yerindən uzaqlaşdılar. Ətrafdakı insanlar yerə uzanmış şəxsin üzünə su vuraraq köməklik göstərməyə çalışırdılar. Bir müddət sonra vətəndaş dərindən nəfəs almağa başlasa da ayağa qalxa bilmirdi. Xeyli müddət keçəndən sonra əraziyə gələn post -patrul xidmətinin əməkdaşı yenidən təcili yardım xidmətinə zəng edərək əraziyə təcili yardım maşını göndərməsini xahiş etdi. Yerdə “ölü” vəziyyətində uzanan vətəndaş isə təcili yardim həkimlərinin nə vaxt “insafa” gələcəyi anı gözləməyə məcbur idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.