Müəllimlərdən 20, həkimlərdən 300 manat yığırlar-GƏNCƏDƏ

7-08-2015, 10:19   


Şəhərdə tiikinti işlərini büdcə təşkilatlarının işçilərinin pulları ilə reallaşdırmaq istəyirlər

Gəncədə qəribə olaylar yaşanır. Bir müddətdir binaların balkonları, həyətdəki qarajları sökürlər. İcra Hakimiyyətinin təlimatı əsasında həyata keçirilən prosesin konkret olaraq hansı məqsəd daşıdığı məlum deyil. Verilən məlumatlarda ölkənin ikinci paytaxtında keçirilən bu tədbirlərin əlavə qazanc yei olduğu iddia edilir.

Bu gün isə Gəncədə daha bir neçə hadisə ilə bağlı ilginc məlumat yayılıb. Son bir həftə ərzində şəhərdəki bütün orta məktəblərin müəllimləri təcili olaraq çalışdıqları təhsil ocağına çağırılırlar. Çağrılmalarının səbəbi isə maaşlarından 20 manat tutylmasıdır. Belə ki, hər bir müəllim gələrkən özü ilə maaş kartını gətirməli və ya 20 manat nağd pulla orada olmalıdır.

İşin qəribə tərəfi odur ki, bu proses təkcə təhsili əhatə etmir. Həmçinin tibb işçilər də eynə vəziyyətdədirlər. Sadəcə onların müəllimlərdən fərqli olmaları aylıq haqq alınması ilə bağlıdır. Verilən məlumatda iddia edilir ki, Gəncədə hər bir həkimdən aylıq 300 manat verməsi tələb olunur.

İddialara görə, analoji durum digər büdcə təşkilatlarında da yaşanır. Və prosesin başında Gəncə İcra Hakimiyyətinin dayandığı söylənilir. Vurğulanır ki, şəhərdə aparılan tikinti işlərinin maliyyələşməsini bu yolla həyata keçirməyə çalışırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.