İdmançımız erməni rəqibini məğlub etdi

20-04-2014, 03:14   
İdmançımız erməni rəqibini məğlub etdi
Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib.
anaxeber.info-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Şamil Əliyev 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyana qalib gəlib.
Bundan öncə həmyerlimiz Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb.
Qeyd edək ki, 1/16 final mərhələsində ermənilərin daha 2 boksçusu- Qrayr Şaxverdyan və Qevork Petrosyan rəqiblərinə 0 :3 hesabı ilə məğlub olmaqla mübarizəni dayandırıb. Şamil Əliyevin məğlub etdiyi Gevorq Petrosyan ötən il keçirilən kiqboksinq üzrə konfederasiya kubokunun qalibi olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.