Ön cəbhədə olan məmur övladları

19-05-2014, 11:17   

Ukraynanın cənub-şərqində separatçılara qarşı ordu birlikdə könüllülərdən ibarət Milli Qvardiyanın əsgərləri də döyüşür.

Milli Qvardiyanın tərkibində müxtəlif peşə sahibləri ilə yanaşı hazırda yeni hakimiyyətdə təmsil olunan bəzi məmurların övladları da separatçılara qarşı keçirilən anti-terror əməliyyatında iştirak edir.

Ukraynalı deputat Anatoli Qriçenkonun oğlu 35 yaşlı Aleksey mayın 2-dən orduya çağırılıb.

“Oğlum Lvovda ordu aviasiyasında xidmət edir. Hərbi aerodromu qoruyur”, - deyə deputat bildirib.

Siyasətçi bir müddət əvvəl bildirmişdi ki, kiçik oğlu Avtomaydan hərəkatının yaradıcılarından olub, hətta Krımda rus əsgərini də əsir götürüb.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Paşinskinin oğlu Anton Milli Qvardiyaya yazılıb.

“O, ilk günlərdən Maydanda idi və Milli Qvardiyaya ilk yazılanlardandır”, deyə Ukrayna prezidenti Aleksandr Turçinov Anton haqqında deyib.

Ukrayna Müdafiə naziri Mixail Kovalın oğlu Vladimir də Slavyanskda separatçılara qarşı keçirilən anti-terror əməliyyatlarında iştirak edir.

Ukraynanın prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov və prezidentliyə namizəd Pyotr Poroşenkonun oğlanları isə orduda xidmət etmir.

Aleksey Poroşenko Kiyevdə beynəlxalq əlaqələr və beynəlxalq hüquq təhsili alır. Kirill Turçinov isə sosial münasibətlər və turizm üzrə magistr təhsili alır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.