Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Raqub Məmmədov 06 aprel 2015-ci il tarixdən Rayon Təhsil Şöbəsinə öz həmkəndlisi və qohumu Rahil Allahverdiyevi təyin etdikdən sonra onun yarıtmaz fəaliyyəti nəticəsində TŞ-də bir-birinin ardınca xoşagəlməz vəziyyət yaranmışdır. Qeyd edək ki, Rahil Allahverdiyev rayon məktəblərinin cari təmir olunması adı ilə direktorların xəbəri belə olmadan son 4 ay ərzində kağız üzərində 260 min manat pul silmişdir. Bütün bunlarla yanaşı Rahil Allahverdiyev qeyri-qanuni olaraq məktəblərə müəllim əmri verərək təyinat aparmışdır. İcra Başçısı Raqub Məmmədov öz qohumunu TŞ-nin müdiri təsdiq etdirməsi üçün Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə şöbəsinin müdiri Zeynal Nağdaliyevin də köməyindən istifadə edib. Rahil Allahverdiyevin məktəb direktorlarından biri ilə söbəti zamanı bildirib ki, Raqub Məmmədovun Administrasiyada əsas dayağı Zeynal Nağdaliyevdir və qohumunun da İcra Başçısı təyin olunmasında əsas sima Nağdəliyevdir. Raqub Məmmədovun əsas məqsədi Rahil Allahverdiyevi Nağdaliyevin əli ilə TŞ-nə müdir təyin etdirdikdən sonra təhsilin büdcəsinə sahib olmaqdır. Məlumat üçün bildirək Raqub Məmmədovun və onun yaxınlarının rayonda törətdiyi zorakılıqlar və əxlaqsız hərəkətlərinə qarşı rayon ictimaiyyəti etirazını bildirmiş və narazılıq son həddə çatmışdır. Qeyd edək ki, Raquf Məmmədovun özünün də adı rayonun qəsəbə nümayəndəsinin ( qadın nümayəndəsi) biri ilə hallanmış, hətta yaranmış vəziyyət rayonda ciddi müzakirə mövzusuna çevrilmişdir. Raqub Məmmədov Rahil Allahverdiyevin əli ilə bir sıra məktəb direktorlarını şantaj etdirərək (71 saylı, 5 saylı, 93 saylı) hərəsindən 10 000 manat pul tələb etmişdir. Qeyd edək ki, Rahil Allahverdiyev RTŞ-də məsləhətçi işləyən zamandan onun adı məişət pozğunu kimi hallanmışdır. Adı əxlaqsızlıqda hallanan birinin RTŞ-yə müdir gətirilməsi Ağdam təhsilinin faciəsidir.