Mingəçevir polis şöbəsində baş verən ölüm hadisəsinə etiraz olaraq 22 avqustda keçirilən aksiyada iştirak edən Vüsal Məmmədov Bəhruz Hacıyevin pəncərədən düşəndən sonra sağ olduğunu bildirib. O, bu barədə Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin ona məlumat verdiklərini deyib. V.Məmmədov Bəhruz Hacıyevin şöbədə baş verən 3-cü ölüm hadisəsi olduğunu deyir. O, əlavə edir ki, gənc vəfat edəndən sonra onun nəşi "Qres" adlanan yerə aparılıb, o yeri "ora heç kimi aparmırlar, ora zibilxanadır, dəmirxanadır" deyə təsvir edib. “Öldürəni axtarırıq. Biz istəyirik ki, o adam məhkəmə qarşısına çıxarılsın, cəzasın çəksin. Qanun demir ?! Nə qədər Bədəlov buradadırsa, o mümkün deyil. Bir dəfə birin Günəşli bağlarından gətirdilər, birin Şordan gətirdilər, burada döyüb öldürdülər, bu da artıq 3-cüdür. Nə qədər ki, Bədəlov buradadır, oğurluq, quldurluq, narkomaniya baş tutacaq. Hamısı bu rəisin dövründə olub. Onu da çıxaran yoxdur. Pulu var, parası var, verir, oturur yerində”- V.Məmmədov deyib.meydan.tv