Ölkə başçısı «Azəryolservis»in yeni binasının açılışına gəlmədi
“Azəryolservis” ASC yeni inzibati binaya köçüb. Görünür, nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısı Ilham Əliyevin binanın açılışına gəlməyəcəyinə tam əmin olduqdan sonra bu addımı atıb.
“Azadlıq” ötən saylarında məlumat vermişdi ki, avqustun 5-də “Azəryolservis” ASC-nin yeni inzibati binasının açılışı olmalı imiş. Açılışda ölkə başçısı Ilham Əliyev də iştirak etməli imiş. Ziya Məmmədov elə açılışdaca yaxın adamı, hazırda “Azəryolservis”in müvəqqəti rəhbəri Saleh Məmmədovun ASC-yə sədr təyinatını həll etməyi düşünübmüş. Lakin nazirin planların boşa çıxıb. Son anda Ilham Əliyevin aıçılışa gəlməyəcəyi bəlli olub. Bu baxımdan tədbir təxirə salınıb. Ölkə başçısının hansı səbəbdən açılışa gəlmədiyi bəlli deyil.
Bəzi məlumatlara görə, bu Bəylər Əyyubovun planları ilə bağlıdır. Ziya Məmmədovun çevrəsində də belə ehtimallar var. Məlumat üçün deyək ki, Bəylər Əyyubov qurumun rəhbərliyinə yaxın adamı, deputat Ağalar Vəliyevin gətirilməsinə çalışır.