Türkiyə Baş Qərargahından bildiriblər ki, xəbərdarlığa məhəl qoymayan qaçaqçılar atəş açmağa başlayıb.
Avropa.info-nun məlumatına görə, Asi çayının üstündə iki salda 140 ədəd 60 litr tutumlu plastik qablar tapılıb. Altınözü rayon Prokurorluğu protokol tərtib edərək tapılan əşyaların hadisə yerindəcə məhv edib.
Elə həmin bolgənin Suriya tərəfində iki fərqli yerdə 18 maşında yanacaq tankerləri müəyyən edilib. Məlum olub ki, plastik qablara oradan yanacaq doldurulub. Yanacaq dolduranların qaçaq yolla yanacağı satdıqları məlum olub. Xəbərdarlığa məhəl qoymayan qaçaqmalçılar havaya atəş açıb. Türk sərhədçiləri də silahlardan atəş açaraq qarşılıq verib.
Açılan atəşlər nəticəsində Suriya tərəfində olan yanacaq tankerləri deşilib.