Bakı 36 saat susuz qalacaq

19-05-2014, 17:55   
Bakı 36 saat susuz qalacaq
İçməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən ANS PRESS-ə verilən məlumata görə, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar 20 may tarixində saat 00:00-dan Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaq.

Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.