Nazir əsgərlər arasında

20-05-2014, 10:45   
Nazir əsgərlər arasında
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir keçirilib.

Tədbirdə Ali Məclisin sədri Vasif Talıbov tədbirdə çıxış edərək Azərbaycan Respublikası prezidentinin sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə təbriklərini çatdırıb:

"Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Ordu isə o zaman qüdrətli olur ki, düzgün hazırlanmış inkişaf strategiyasına və peşəkar, milli ruhlu zabit korpusuna malik olsun. Azərbaycanda ordu quruculuğu və peşəkar zabitlərin hazırlanması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu istər sovetlər birliyi, istərsə də müstəqillik dövründə Azərbaycanın rəhbəri kimi ordu quruculuğu və hərbi kadrların hazırlığı məsələlərini daim diqqət mərkəzində saxlayıb".

Müdafiə naziri Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlarla bağlı prezident İlham Əliyevin sərəncamlarını oxuyub, yeni vəzifəyə təyin olunanlara xidmətdə uğurlar arzulayıb.


Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev deyib ki, muxtar respublikada ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilir: “Yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsiz və etibarlı müdafiəsinin təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub, hərbi hissələrə yeni xidməti avtomobillər verilib.

Sonra Ali Məclisin sədri əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Əlahiddə Ümumqoşun Ordusuna və onun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqlarının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatı oxunub.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusuna, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə hərbi hissələrə döyüş bayraqlarını təqdim ediblər.

Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.