Mingəçevirdə qaçqınlara verilməyən evlər

18-09-2015, 09:22   

Salam.
10.09.2015 tarixindən etibarən Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlərə tikilən evlərin paylanışı başlayıb. Şəhərimizdə 597 ədəd mənzil tikilib və həmin mənzillərdən 400 - ə yaxını paylanıb. Hələ 197 ev qalıb. Ancaq bu qədər evin qalmasına baxmayaraq indidən Elman komissiya yaradıb , evləri satışa çıxarıb.
Şəhərimizin QRES deyilən ərazisində artıq 25 ildən artıq məcburi köçkün kimi məskunlaşdığımız Tibb texnikumu binasında 1 nəfər şəxsə belə olsa ev verilməyib.Burada yaşayanlarla heç gəlib maraqlanmırlar da. O Elman gəlsin 1 - cə gün ailəsi ilə ( əgər varsa ) bu binada yaşasın görək necə yaşayır?
Sizlərdən artıq dərəcədə xahiş edirəm o Elmanı bu binaya göndərəsiniz , gəlib burdakı yetimlərə də ev paylasın. Rüşvət yığmaqdan başqa bir şey gəlmir əlindən . Başqa vaxt deyirik ki , inflyasiyamız minimum ( 14 % ) həddə çatıb. Unutmayaq ki , inflyasiyanı qaldıran bunun kimi nakişilərdi. Bunun arxasında kimlər duru axı???
Sonda bildirmək istəyirəm ki, binamızda hər kəsin ürəyi doludu. Gəlsin evləri paylasın.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.