Türkiyənin Manisa vilayətində 301 nəfərin ölümü ilə nəticələnən mədən faciəsi qəzada sağ qalan işçilərin eyni riski yenidən göz önünə almasına mane olmayıb.
Məlumata görə, işçilər ötən gün axşam saatlarından başlayaraq yenidən işə çıxıblar. Mədən işçiləri yaşanan faciənin ağır psixoloji sarsıntısından qurtulmamış yenidən çörək pulu üçün yerin dərinliklərinə eniblər.
Dövlət rəsmiləri mədəndə fəaliyyətini davam etdirmək üçün heç kimin məcbur edilməyəcəyini, təhlükəsizlik tədbiri məqsədilə mədənə cəmi 100 nəfərlik könüllülərdən ibarət qrupun girə biləcəyini bildirmişdi.