Başçının Kürdəmiri viran qoymasının sensasion detalları – ARAŞDIRMA

23-09-2015, 01:05   
Başçının Kürdəmiri viran qoymasının sensasion detalları – ARAŞDIRMA
Prezident İlham Əliyev məmurları bir neçə dəfə sərt şəkildə tənqid edib. Ölkə rəhbərinin bu çıxışından sonra bəzi icra başçıları özbaşına əməllərindən əl çəkməyiblər.

Araşdırma qrupumuz fəaliyyətində neqativ hallar dosye şəklində toplanan Kürdəmiri təftiş edib. Məlum olub ki, Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov geridə qalan dövrdə ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərib.

Onun prezidentin tapşırıqlarına qarşı olan və öz maraqlarını təmin edən addımları seçki ərəfəsində daha da gərginlik yaradıb. Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı sələfinin yolunu davam etdirir. Kürdəmirin icra başçısı məcburi iməciliklərin keçirilməsində, insanların bu iməciliklərə məcburi qaydada qatılmalarına görə ittiham edilir.

O, rayonu xəracyığma sistemilə idarə edir. 2011-ci ildə Yasamal rayon icra başçısının müavini postundan alınaraq Tərtər rayonuna rəhbər göndərilən, 2014-ci ildə isə Kürdəmirə icra başçısı təyin olunan Ceyhun Cəfərovun karyerası təhlükəli nöqtəyə qədəm qoyub.

Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb.

Yeni başçı bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Ceyhun Cəfərovun fəaliyyəti barəsində “yuxarılarda” mənfi rəy yaranıb. Bu arada aparılan araşdırma zamanı Kürdəmir rayon İcra Hakmiyyətinin başçısı Ceyhun Cəfərov ilə bağlı yeni iddialar ortaya çıxıb.

2014-ci ildə rayona icra başçısı təyin olunan Ceyhun Cəfərovun qoyduğu yeni qaydalardan söhbət gedir. Belə ki, uzun illər keçmiş icra başçılarından cana doyan kürdəmirlilər indi C.Cəfərovun daha sərt qaydaları ilə üz-üzə qalıblar.

C.Cəfərovun göstərişi ilə rayon bazarı tam nəzarətə götürülüb. Bazarda alver edən insanlardan pulların yığılması məsələsi keçmiş icra başçısının adamından alınıb. İndi bütün rayon C.Cəfərovun tam nəzarətinə keçib.

Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşib. Məlumatda qeyd olunur ki, sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Olmayanlara isə işləmək imkanı verilməyəcək.

Daha bir maraqlı məqam isə İrşad Əliyevin zamanında satılan torpaqların sənədlərinin yenidən qaldırılmasıdır. Rayon mərkəzində satılan torpaqlara verilən sənədlərin qanunsuz olduğunu bildirən icra başçısı bu obyektlərin sökülməli olduğunu bildirib.

Ceyhun Cəfərov 20-yə yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib. İcra başçısı təyin edildikdən qısa müddət sonra özünün birinci müavini vəzifəsinə Tacəddin Novruzovu təyin edib.

T.Novruzov bu təyinatdan bir neçə ay əvvələ qədər Kürdəmir rayon Təhsil şöbəsinin müdiri işləyib. Lakin işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Kürdəmirin yeni icra başçısı isə qeyd olunduğu kimi, onun vəzifəsini bir qədər də artıraraq özünə birinci müavin təyin edib.

Mənbə bildirir ki, artıq Kürdəmirdə də C.Cəfərovun vəhabi ortaqlarının sayı artıb. Onlar rayonda abadlaşdırma adı altında aparılan bəzək-düzək işlərində iştirak edirlər. Yerli sakinlər deyirlər ki, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, yalnız Tərtərdən gələn vəhabilər işə götürülür./Tia.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.