Dosye.org-da yayımlanan “Yardımlı təhsilində Manaf Balışov bəlası” başlıqlı məqalədən sonra saytımızın elektron ünvanına durmadan Yardımlı rayon sakinləri məktub ünvanlayır.
Təbii ki, bir qismi qərəz, bir qismidə bizlərə dərin minnətdarlıqlarını bildirir. Adını hallanmağını istəməyən oxucularımızdan biri ünvanladığı məktubu olduğu kimi yayımlamağı xahiş edir. Dosye.org olaraq vətəndaşın xahişini nəzərə alıb ünvanladığı məktubu olduğu kimi ixtiyarınıza veririk:
Ozum Baki şəhərinde yasayiram amma əslən Yardimli rayonundanam. Düzdür hər bölgədə baş verən söz söhbətlər nə bilim məmur özbaşnaliqlari və s. bunlardan danişirlar internetdə. Bizim Yardimlidan da ve esasende Mahir Mirzeyevden cox yazirlar. Mən Mahir Mirzəyevi cox gözəl taniyiram və onunla bagli bütün yazilari internetdə demək olar ki oxudum .
Yazilarda MMC lər ne bilim hansisa xərcləri dagitmagi mumurluga sigmayan hereketleri yer alir bu menim ucun maraqli sayilmaya bilər bəlkə də rayonda yasamadigima goredi deqiq bilmirem bu faktlari. Amma onun bir yazisi yəni http://bolgexeber.com/index.php?newsid=2477 bu linkdədi.
Burada qeyd edir ki mənim haqqimda yazilanlari yalan oldugunu subut ede bilərəm. Bu yazini oxuduqdan sonra mənə onun bu yalan ifadəsi cox böyuk təsir etdi. Ən azindan Yardimlinin çörəyini havasini udmusam o üzdən buna səssiz qala bilmədim. Burdan Sizin vasitənizle Mahir Mirzəyevə səslənirəm :
Mahir müəllim Siz deyirsiniz ki, mənim haqqimda yazilanlarin yalan oldugunu subut edə bilərəm. Bəlkə də yalandi bilmirəm amma sənin Bakida qurdugun həyat şəraiti buna əsas verir ki, sənin haqqinda yazilanlar dogrudur və bu yazilanlarin yalan oldugunu heç cürə sübüt edə bilməzsən.
Çünki səndən başqa kimsənin adi hallanmir internetdə. Səndən də basqa o rayonda işləyənlər var. Rayonun səndən də başqa müavinləri, müdürləri, rəhbərləri var. BƏS NİYƏ SƏNDƏN BASQA KİMSƏNİN ADİ HALLANMİR? SƏN NECƏ BUNU SÜBÜT EDƏ BİLƏRSƏN AXİ COX MARAQLİDİ.
Sənin Bakida yaratdigin həyat şəraitini bəlkədə heç bir Yardimlilar bilmir amma mən bunu cox gözəl bilirəm.
Bakida 28 may metrosu ətrafinda 3 otaqli mənzil, Padamdartda həyət evin , Mərdəkanda bəlkədə 1 milyondan da cox bahali olan bag evin. Oglunun altında RanceRover markali masin. Hələ eşitmisəm ki, rayonda qayani yardirib villa tikdirirsən və s. Bunlari pula hesablasan 3 milyondan artiq pul edir. Səndə rayonda maksimum 1000 manat ve ya 1500 manat əmək haqqi alarsan yəqin. BƏS BUNLARİ HARDAN QAZANMİSAN NECƏ ƏLDƏ ELƏMİSƏN BU VARİ DÖVLƏTİ??????
Sənin özünü müdafiyə etdiyin yazida bir sözün var demisən ki, mən Cənab Prezidentin siyasi xətti ilə gedirəm. Yanilirsan Mahir Mirzəyev!!!!! Cənab Prezidentin siyasi xətti düzgün olmaq xalqin malini haqqini yeməməkdi. Ayib olsun sənə . Daha sözöm yoxdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..
Dosye.org