Lalə Əmirəliyevanın Baba Babayevi məcburi qaydada iclasa gətirmək istəməsi ikincinin az qala ölümünə səbəb olacaqmış
Zərdab rayonunda skandal yaşanıb. Skandalın yekunu icra başçısının müavinin hərəkətlərinin ardından şöbə müdirinin xəstəxanaya düşməsiylə nəticələnib.
Məlumatda deyilir ki, Zərdabın icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva sentyabrın 23-də bütün məktəb direktorlarını toplayaraq, seçki ilə bağlı tapşırıqlar verməliymiş. Həmin gün Zərdab təhsil şöbəsinin müdiri Baba Babayev özünü yaxşı hiss etmədiyindən iclasa qatıla bilməyib.Məlumatda vurğulanır ki, yeni müavin təyin edilən Lalə Əmirəliyeva onun səhhətinin dürümünü nəzərə almayaraq, Baba müəllimdən iclasa qatılmasını tələb edib. Hətta müavin bir qədər də irəli gedərək “Sənə kim olduğumu göstərəcəm” deyə şöbə müdirinin hədələyib. Üstəlik, polis və prokurora tapşırıq verib ki, Baba Babayevi sürünməli də olsa onun yanına gətirsinlər. Elə mərəkə də bundan sonra qopub.
Məlumatda deyilir ki, qısa müdəətdə Zərdab Təhsil Şöbəsinin qarşısı polis işçiləri ilə dolub. Baba Babayevi aparmaq üçün gələn polislər isə tez bir zamanda əraziyə Təcili Tibbi Yardım çağırmalı olublar. Məlumatda deyilir ki, buna səbəb şöbə müdirinin vəziyyəytinin daha da pisləşməsi olub. Şəkəri qalxan Babayevi həkimlərin səyi nəticəsində özünə gətirə biliblər. Və ardından evə götürülüb.
Qeyd edilir ki, Baba Babayev polis orqanlarının yanında rəsmi olaraq bəyan edib ki, əgər başına bir iş gələrsə, məsuliyyətini Lalə Əmirəliyeva daşıyacaq.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
regionxeberleri.kom