“Ukrayna Putinin boğazından yox, hətta mədəsindən geri qusduruldu”. "Axar.az" xəbər verir ki, Ukraynanın Dnepropetrovski vilayəti qubernatorunun səlahiyyətlərini icra edən İqor Kolomoyski son hadisələrlə bağlı verdiyi açıqlamada bunu deyib. Kolomoyski prosesin, hadisələrin 180 dərəcə dəyişməsini hələ də anlamadığını ifadə edib. Qubernator müsahibəsində bunları deyib: ”Baxın, biz hamımız Yanukoviçin mövqeyini izləyə və müşahidə edə bilirdik. Putinin istəyi isə, həmişə müəmmalı qalırdı. O, ötən il noyabr ayının ortalarında əmin idi ki, Ukrayna artıq Avropa Birliyinə qoşulmayacaq, əksinə, rəsmi Kiyevin Gömrük İttifaqına daxil olması sadəcə qısa bir vaxtın görəcəyi işlərdi. Bununla da Putin Yanukoviçlə SSRİ, yaxud buna bənzər bir qurumun təməlini atmış olacaqdı”. Kolomoyski Rusiya prezidentinin Ukraynaya baxışının detallarına da aydınlıq gətirib: "Vladimir Vladimiroviçin Ukraynaya yanaşmada öz baxışları var. Fikirləşirdi ki, Ukrayna artıq onun cibindədir. Hətta bu ölkəni udub, artıq nəzərləri Orta Asiya, Baltikyanı ölkələrə yönəltmək olar. Bax, bütün məsələlər də bundan sonra baş verdi. Ukraynanı nəinki onun udlağından, hətta mədəsindən geri qusduruldu. Putinə isə, sadəcə, dişlərini havada şaqqıldatmaq qaldı”.