Ağdamda seçki oyunu - İcra başçısı Bəxtiyar Əliyevin «rəqiblərini» özü seçir

2-10-2015, 09:55   
Ağdamda seçki oyunu - İcra başçısı Bəxtiyar Əliyevin «rəqiblərini» özü seçir

YAP-ın namizədinə qarşı çıxan Raqub Məmmədov seçkiləri oyun-oyuncağa çevirib

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonun büdcə təşkilatında çalışan bir yığın şəxsi deputatlığa namizəd verib.

Bu barədə AzFakt.com-a daxil olan məlumata görə rayonda demokratik seçki ab-havasını yaratmaq istəyi ilə Raqub Məmmədov bütün gücü ilə işə girişib. Əsil məqsədi Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının müdiri, deputat Bəxtiyar Əliyevi yenidən seçdirmək olan icra başçısı rayonda bilinən, bilinməyən hər kəsi Bəxtiyar Əliyevin alternativi olaraq ortaya qoyub.

Mənbənin AzFakt.com-a verdiyi məlumata görə büdcə təşkilartlarında çalışan insanların deputatlığa namizədliyini irəli sürdürən Raşub Məmmədov bu yolla əslində YAP namizədinin səslərini parçalamaq məqsədi güdür. Belə ki, Bəxtiyar Əliyevlə əlbir çalışan icra başçısı bu yolla büdcədə çalışan insanların YAP-ın namizədinin səsverməsinin qarşını almağa çalışdığı qeyd olunur.

Qeyd edək ki, 118 saylı Ağdam şəhər Seçki Dairəsindən qeyd alınan 10 namizəddən YAP-ın namizədi Gülnar Abbasova da daxil olmaqla, 8-i büdcə təşkilatlarında çalışır. Onların arasında məsləhətçi, idarə rəisi, teatr direktoru, orta məktəb müəllimi, hətta rəngsaz və mühafizəçi də var. Hər biri ayrı-ayrı büdcə təşkilatlarında çalışan bu şəxslərin hər biri müəyyən nəsli təmsil etməklə yanaşı, eyni zamanda, çalışdığı büdcə təşkilatındakı seçicilərininin də səsinin müəyyən hissini almaq imkanlarına malikdirlər.

Ona görə də YAP-ın Ağdam namizədi Gülnar Abbasovanın işi çətinə düşüb və onun işini çətinləşdirən də, məhz icra başçısı Raqub Məmmədov və eyni zamanda Bəxtiyar Əliyevdir. Bu arada mənbə bildirir ki, uzun illər boyu Ağdama ayağını basmayan Bəxtiyar Əliyev cəbhədə vəziyyətin gərginləşməsi adı altında Ağdama təşrif gətirib.

Xatırladaq ki, ötən seçkilərdə Bəxtiyar Əliyev seçicilərini təhqir edərək, «siz istəsəniz də, istəməsəniz də, sizin ağıcınıza deputat olacağam», deyərək rayonu tərk etmişdi. O zamandan bəri «seçiciləri» ilə heç bir təmasda olmayan, hətta Milli Məclisə şikayətə gələn Ağdam sakinlərini belə qəbul etməyən Bəxtiyar Əliyevin Ağdamda peyda olması çoxlarında qıcıq yaradıb.

Buna baxmayaraq, Ağdamdakı mənbə bildirir ki, Raqub Məmmədov öz imkanları daxilində Bəxtiyar Əliyevin görüşlərini təşkil etməyə çalışırö indi Quzanlıda icra başçısının iştirak etdiyi bütün yığıncaq və toplantılarda Bəxtiyar Əliyev də iştirak edir. Raqub Məmmədov isə Bəxtiyar Əliyevi tərifləməkdən doymur.

Xatırladaq ki, Bəxtiyar Əliyev həmçinin saxta diplom işində əsas fiqurantlardanbiri kimi tanınır. Onun üst-üstə 7 mindən artışq şəxsə saxta diplom verməsi haqqında mətbuatda davamlı olaraq ittihamlar səsləndirilir.

Həmçinin Bəxtiyar Əliyevin əsas himayədarlarından biri Milli Məclisin deputatı İlham Əliyev olduğu qeyd olunur. PA rəhbəri Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyevlə Bəxtiyar Əliyevin şərikli biznesləri olduğu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.