Beyləqanın «meri» də diplomsuz çıxdı

20-05-2014, 15:33   
Beyləqanın «meri» də diplomsuz çıxdı
Azil Aslanovun icra başçısına ali təhsil aldığına dair «arayış» təqdim etdiyi üzə çıxıb

Azərbaycanda bir sıra məmurların diplomsuz olması barədə dəfələrlə yazılıb. Hələ bir müddət əvvəl aparılan araşdırmalar zamanı polisdə belə yüksək vəzifə tutmuş şəxslərin də saxta diplomla işə düzəldiyi aşkarlanmışdı. Növbəti belə məlumat isə Beyləqandan gəlib.

JAM.AZ-a daxil olan məlumata görə, Beyləqan şəhər İcra Nümayəndəliyinin rəhbəri Azil Aslanovun da ali təhsili yox imiş. Diplomsuz olan «mer»in işə düzəlməsi isə icra başçısı Vaqif Abdullayevin sayəsində mümkün olub. Xəbərdə deyilir ki, Aslanov Gəncə Texnologiya Universitetində «təhsil aldığına» dair «arayış» gətirərək, onu icra başçısına təqdim edir və bununla da rayonun «meri» olmaq imkanı əldə edir. Və bunu da belə əsaslandırır ki, guya, diplomunu itirib və müqabilində ona arayış veriblər.

Gələn məlumatlarda Azil Aslanovun təkcə öz işləri ilə deyil, həm də başqa məsələlərlə məşğul olduğuna dair fikirlər də yer alıb. Məsələn, onun mütəmadi olaraq Qamışlıq adlanan yerə getdiyi, «Kral» adlı restorana sahib olduğu və digər məsələlərdən bəhs olunur. Hətta «Kral»da rayonun axund və mollalarının vaxtaşırı gözə dəyməsinin də səbəbsiz olmadığı vurğulanır. Bu məlumatları araşdırdıqdan sonra oxuculara təqdim edəcəyik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.