.
Hörmətli Redaksiya! Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları bütün müşavirələrdə Dövlət məmurlarına birmənalı olaraq tapşırıq verir ki, hər bir məmur bütün fəaliyyətini Azərbaycan xalqına xidmətə və rifa halının yüksəlməsinə yönəltməlidir.Çox təssüf hissiylə qeyd etmək istəyirəm ki, ölkə Prezidentinin proqram xarakterli nitqlərindən və rəsmi tapşırıqlarından nəticə çıxara bilməyən və hətda əksinə hərəkət edən məmurlarda az deyil. Belə məmurları sralamaq lazım gələrsə Laçın Rayonunun İcra Başçısı A.Səlimovun ilk beşlikdə olacaqına heç şübhədə etmirəm. Cənab Prezidentimizin sərəncamı ilə A.Səlimov Laçına Başçı təyin olunduqda biz Laçınlılar nəqədər sevinmişdiksə A.Səlimovun qanunsuzluqlarını, ədalətsizliklərini gördükdə beşqat peşimançılıq keçirdik. A.Səlimov Başçı təyin olunduğu günü 121 saylı Laçın seçki Dairəsinin sədri Ş.Paşayevi vəzifəsindən uzaqlaşdırmaqla qəlbini parçalayan qisas hissini açıqcasına biruzə verdi. A.Səlimovun bu qisasalma prosesi sayəsində Başçının Humanitar məsələlər üzrə müavini Bəsti xanım, Kənd təsərrüfatı üzrə müavin S.Məmiyev, Mədəniyyət və Turizm şöbəsinin müdiri İ.İlyasov, İcra Hakimiyyətinin Komendantı Şakir müəllim tutduqları vəzifələrındən uzaqlaşdırıldılar. A.Səlimovun kadr seçimi demək olar ki, çox biabırçıdır. Bir sözlə A.Səlimov mənəvi cəhətdən çox kasıb və maadi cəhətdən zəngin adamları rayonda idarə müəsisələrə rəhbər təyin etməklə rayon sakinlərinin nikbin ümüdlərinə sarsıdıcı zərbə endirdi. Sakinlər öz tərcümüyi-halını yaza bilməyən alverçidən, sələmçidən yaxşı nə gözləyə bilərdilərki? Bir sözlə vətən həsrəti ilə yaşayan Laçınlıların A.Səlimov dərdi, A.Səlimov bəlası zühr etdi. A.Səlimov kadr seçimində yaxşı pul qazanmaqın yollarını bilən, maddi imkanları geniş olan ailələrdən iki, üç və hətda dörd nəfərini idarə müəssisə rəhbəri postunda möhkəm-möhkəm tutmaqla rayonumuzda korrupsiyanın günü gündən genişlənməsinə şərait yaratdı. Pensiyaya göndərilmiş keçmiş polis rəisi ona verilmiş bu son şansdan maksimum yarlanaraq ayrı-ayrı biznes sahələrinə, yüz minlik avtomobillərə və fermer təsərrüfatlarına sahib ola bildi. A.Səlimovun Azərbaycan Respublikasının Demokratik, Dünyəvi qanunlarından uzaq Taxta Körpüdə yaratdığı Şahənşahlıqın son dərəcə ağır rejimi aclıq və səfalət içində yaşayan bizləri ümüdsüzlük təki dəhşətli bir bəlanın girdabına atır. Çox acgözlüklə pül yığmaqla məşxul olan A.Səlimov rayonun idarə və müəssisələrinə ayrılmış təsərüfat xərclərini, yanacaq pullarını, təmir-bərpa üçün ayrılmış vəsaitləri çox asanlıqla həzm edə bilir. A.Səlimov yaxın qohumu olan Maliyyə idarəsinin müdiri R.İsayevlə əlbir olaraq rayonun Yaşıllaşdırma,Tikinti təmir idarələrinə ayrılan on minlərlə vəsaiti şəxsi əmlakı kimi mənimsəyirlər.Müəllimin, həkimin, mədəniyyət işçisinin və hətda fəhlənin aldığı qəpik-quruşa göz dikən A.Səlimov Xeyriyyə Fondunun vəsaitlərini mənimsəmək üçün dirilərdən yox ölülərdən istifadə etməkdəndə çəkinmir. Rayonda yaranmış anormal vəziyyətdən şikayət edən sakinlər məhkəməyə verilərək təzminat tələbi ilə susdurulur. A.Səlimov pozulmuş hüquq və azadlıqları uğrunda mübarizə aparan, təqib və təziqlərə boyun əyməyən rayon sakinlərini özünə yaxın KİV-lərdə şantaj etdirir. Onuda xüsusiylə qeyd etmək istəyirəm ki, yuxarı orqanlara yazdığımız çoxsaylı şikayət ərizələri heç bir orqan tərəfindən araşdırılmır. Əgər yazdığımız faktlar doğru deyilsə nədən bu faktların araşdırılmasına imkan verilmir? Nədən aidiyyatı Dövlət orqanları A.Səlimovun özbaşnalıqına rəvvac verir? Hörmətli redaksiya! A.Səlimov zülmü səbr kasamızı daşdırıb.Sizin portalınız vastəsiylə Ölkə Prezidenti İ.Əliyev cənablarına bir daha müraciət edirəm. Cənab Prezident! 1992-ci ilin may ayında Laçın erməni faşıstləri tərəfindən işxal olunduqdan sonra ailəmiz Ağgəbədi rayonu ərazisindəki Laçın obalarında məskunlaşdı. 92-ci ilin ən dəhşətli günlərində ümüdümüzü itirmədən yaşamaq uğrunda mübarizə aparırdəq.Lakin A.Səlimov Şahənşahlıqının ağır rejimi bütün ümüdlərimizi tükətdi. Bu ərazidən köçüb A.Səlimovun iqtisadi sanksiyalarından yaxa qurtarmaqımıza maddi imkanımız yol vermir.Sizdən acizanə xahiş edirik bizi A.Səlimov zülmündən xilas edib respublikanın ayrı bir regionuna köçürülməyimizə köməklik edin. Laçın rayon sakini,pensiyaçı Baxışov Baxış Aslan oğlu Telefon;050-899-27-14