Ziya Məmmədovdan ailə üzvlərinə sərt qadağa

20-05-2014, 17:06   

Nəqliyyat naziri qardaşları və onların uşaqlarına xəbərdarlıq edib ki, növbəti hadisə baş verərsə, onlardan imtina edəcək

Son dövrlər mətbuatın gündəmindən düşməyən nəqliyyat naziri Ziya Məmmədova vəziyyətdən çıxmaq üçün bütün ailə üzvlərinə qadağa tətbiq edib. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, nazir onun mövqelərini əməlləri ilə zəiflədən qardaşı və onların uşaqlarına qəti tapşırıq verib ki, ən maksimum dərəcədə skandal yaradacaq hadisələrdən yayınsınlar. Hətta onların dostları ilə görüşlərinə də məhdudiyyət tətbiq edən Məmmədov bununla növbəti qalmaqallı məsələlərdən yaxasını qurtarmaq istəyir.

Mənbənin sözlərinə görə, nazir xüsusi olaraq, qardaşı uşaqlarını tənbeh edərək diqqətlərinə çatdırıb ki, əgər bir daha əvvəlki hadisələrin təkrarı ilə qarşılaşarsa, onlardan birmənalı olaraq imtina edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.