Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ronaldonun çılpaq videosu yayıldı

20-05-2014, 17:12   

"Real Madrid" futbol klubunun ulduzu Kriştiano Ronaldo və sevgilisi top model İrina Şeyk İspaniyanın "Vogue" jurnalının iyun ayı üçün fotosessiya etdirib.

ANS PRESS-in məlumatına görə, cəsur pozaları ilə hər kəsi heyran qoyan cütlük kamera qarşısında olduqca sərbəst hərəkət edib. İrina və Ronaldonun ötən gün yarıçılpaq şəkilləri sosial şəbəkədə yayımlansa da bu gün fotosessiyadan olan maraqlı kadrlardan video çarx hazırlanıb. Supermodel və "Qızıl top"un görüntüləri ilə dünya mediasının gündəminə düşüb.

Qeyd edək ki, dərginin saytında Ronaldonun Braziliyada keçiriləcək finala ciddi şəkildə hazırlaşdığı deyilir. Fotosessiyada iştirak etmək üçün onu yalnız sevgilisi razı sala bilib: "İrina dünyada ən gözəl qadındır, onunla birlikdə işləmək mənim üçün sürpriz oldu. Bu birinci dəfədir ki, biz birlikdə ciddi işlə məşğul olduq. Onu da qeyd edim ki, mən bundan zövq aldım".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar