Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı avtovağzalını su basdı

21-05-2014, 10:48   
Bakı avtovağzalını su basdı
Bakı Beynəlxalq Avtovağzalı ətrafında nəqliyyatın hərəkətində problemlər yaranıb. "Axar.az"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının ətrafındakı əraziləri su basıb. Avtovağzal dairəsində isə vəziyyət daha acınacaqlı olub. Yolda 2-3 sm hündürlüyündə su axır. Yolun torpaq olan kənar hissələrində bataqlıqlar, dayanacaqların qarşısında isə göllər əmələ gəlib. Bu səbəbdən də sürücülər avtobusları dayanacaqlardan kənarda saxlayıblar. Nəticədə tıxac yaranıb. Əməkdaşımızın hadisə yerində olduğu müddət ərzində heç bir rəsmi şəxs gözə dəyməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar