“MTN işi» əyalətlərə sıçradı: Goranboy Mərkəzi Poçtunda axtarış aparıldı

10-11-2015, 10:42   

Müdir Nofəl Qocayevin harada olduğu bilinmir, icra başçısı isə şoka düşüb

“Azərpoçt» MMS-nin direktoru Qəmbər Bəybalayevin həbsindən sonra proses əyalətlərə sıçramağa başlayıb. JAM.AZ xəbər verir ki, ilk addım Goranboy rayonunda atılıb.

Məlumatda deyilir ki, Baş Prokurorluğun əməkdaşları bir neçə gün əvvəl Goranboy rayonuna gələrək, Mərkəzi Poçtu bağlayıb, oradakı bütün sənədləri götürərək gediblər. JAM.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, prokurorluq işçiləri sənədləri apardıqdan sonra Mərkəzi Poçtun müdiri Nofəl Qocayev də yoxa çıxıb. Daha doğrusu, onun harada olduğunu kimsə bilmir.

İşin qəribə tərəfi odur ki, prokurorluq işçiləri Mərkəzi Poçtda axtarış apardıqları halda, bundan ən çox narahat olan şəxs Goranboyun icra başçısı narahat olmağa başlayıb. İddia edilir ki, Nizaməddin Quliyev baş verənlərdən sonra bir neçə dəfə özünə yaxın adamlarla danışıq apararaq, bu axtarış və yoxlamanın səbəblərini öyrənməyə çalışıb. Lakin ona bu barədə heç bir bilgi verə bilinməyəcəyi deyilib.

JAM.AZ-a verilən məlumata görə, Goranboy Mərkəzi Poştunda baş verənlər bilavasitə MTN-lə bağlı baş verən olaylarla əlaqəlidir. Ehtimal edilir ki, hansısa ciddi məsələdə Nofəl Qocayevin adı keçir. Qocayev isə Quliyevin həmkəndlisi olmaqla yanaşı, həm də ən etibar etdiyi şəxslərdən sayılırdı. Güman ki, Nizaməddin Quliyev Nofəl Qocayevin əliylə hansısa işləri görüb və onun üzərinin açılacağı qorxusundan narahatlıq keçirir.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.