Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində terrorçuluqda ittiham olunaraq həbs olunan “LayfNyus”un jurnalistləri Oleq Sidyakin və Marat Sayçenkonun separatçılara göstəriş verən video kadrları yayılıb.
“Axar.az” xəbər verir ki, Çerepkovkoy ətrafında gedən döyüşlərdə kanalın əməkdaşı hərbi komandir kimi separatçılara göstəriş verir, hədəfləri bildirir. 40 dəqiqə davam edən döyüşdə separatçılar geri çəkilmək məcburiyyətində qalırlar.
Xatırladaq ki, saxlanılan şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalist olmadıqlarını və Rusiyapərəst bir qruplaşmanın üzvü olduqlarını deyiblər.
[media=https://www.youtube.com/watch?v=XIpHh4xNh2U]