YARDIMLI SOSIAL MÜDAFIƏ MƏRKƏZININ DIREKTORU NAZIRIN ADINDAN PUL YIĞIR - ŞOK İDDİA

11-11-2015, 23:44   
YARDIMLI SOSIAL MÜDAFIƏ MƏRKƏZININ DIREKTORU NAZIRIN ADINDAN PUL YIĞIR - ŞOK İDDİA

Rayonlarda imkansız ailələrin əsas ümid yerlərindən biri olan ünvanlı sosial yardım hələ ki, real sahibinə çatmayıb. Belə davam edərsə, 100 il sonra da çatacağına kimsə ümid eləmir. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları daha çox yoxsulların taleyi ilə oynayırlar. Eyniylə Yardımlı rayonunda olduğu kimi.
Azerinew.tv- yə müraciət edən rayon sakinləri bildirirlər ki, Yardımlı Sosial Müdafiə Mərkəzinin direktor əvəzi Miramid Səmədov ünvanlı sosial yardım bazarı açıb. Belə ki, hazırda rayonda ünvanlı sosial yardım almaq üçün direktora 1000 manat verilməlidir. Bir az imkanlı adama daha böyük məbləğ yazılması üçün isə 3000 manata qədər rüşvəti qaldırmaq lazım gəldiyi deyilir. Məlumatda deyilir ki, əgər əvvəllər 50/50-yə, yəni “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyirdilərsə, Miramid Səmədov direktor təyin ediləndən sonra məsələ nağdlaşdırlıb. Azerinew.tv-yə daxil olan məlumata görə, mərkəz direktor əvəzinin bütün qohumları hamısı ünvanlı sosial yardımla təmin olunub. “Siyahıya baxsanız, onların adlarını görə bilərsiniz. Üstəlik, rayonda ünvanlı sosial yardım alanların 80 faizə qədəri saxta sənədlə bu imkana sahib olublar. Onların arasında bahalı maşını, 3 mərtəbəli evi, onlarla mal-qarası olanlar belə var”.

Məlumatda oda qeyd edilir ki, Miramid Səmədov belə əl-ayaq açması iki səbəblə bağlıdır. Yardımlı SMM-in direktoru nazir Səlim Müslümovla yaxın münasibətdə olduğunu iddia edir. Ona görədə bir kimsə ona söz deyə bilməz deyir. Bu səbəbdən də mərkəz rəhbəri hamıya deyir "mən yuxarıya hesab verirəm, heç kimə borcum yoxdu"

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.