Sabiq icra başçısı hazırkı icra başçısından PA-ya şikayət etdi - İlginc olaylar

13-11-2015, 15:11   
Sabiq icra başçısı hazırkı icra başçısından PA-ya şikayət etdi - İlginc olaylar
Ağdamın sabiq icra başçısı Nizami Sadığovla hazırkı icra başçısı Raqub Məmmədovdan Prezident Adminstrasiyasına şikayət edib.

Bu barədə AzFakt.com saytını məlumatlandıran mənbə bildirir ki, Ağdamln sabiq icra başçısı Nizami Sadığovla hazırkı icra başçısı Raqub Məmmədovun arasında qarşıdurma baş verib. Qarşıdurma Raqub Məmmədovun Nizami Sadıqova aid olan tinglik deyilən ərazidə kələm əkdirməsi ilə başlayıb. Belə ki, əkdirdiyi kələmi toplayıb bazara yollamaq istəyən Raqub Məmmədov qarşısında Nizami Sadıqovu görüb. Nizami Sadıqov öz növbəsində torpaq sahəsinin onun olduğunu irəli sürərək məhsulu özü toplayacağını bildirib. Bu üzdən də sabiq başçı ilə hazırkı başçı arasında qarşıdurma yaranıb. İkili bir neçə saat mübahisə etdikdən sonra Nizami Sadıqov onun torpağına Raqub Məmmədovun sahib çıxa bilməyəcəyini söyləyib və deyib ki, məsələ ilə bağlı PA-ya zəng edəcək.

Mənbə bildirir ki, doğurdan da Nizami Sadıqov PA-nın adı bilinməyən səlahiyyətlisinə zəng edib və şikayərini bildirib. Raqub Məmmədov isə öz növbəsində Ağdamda Nizami Sadıqova aid olan "obyektləri" araşdırıb.

Araşdırma nəticəsində bəlli olub ki, Nizami Sadıqova aid olan fermada iki çobanın maaşını hələ də Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə idarənin hesabına verir. Yəni həmin iki çoban Mexaniki Suvarma İdarəsinin işçisi olaraq qeyd olunub. Bundan sonra isə Raqub Məmmədov Hafiz Əzimzadəni xəyanətdə ittiham edib və həmin iki çobanın təcili işdən azad olunmasını tələb edib.

bitmap-img6

Həmçinin mübahisə obyekti olan tinglik ərazisini hələ də Nizami Sadıqova yaxın olan şəxsdə saxladığına görə Raqub Məmmədovun Quzanlı bələdiyyə sədrini işdən azad edəcəyi ilə hədələyib. Bildirib ki, həmin ərazi təcili şəkildə Nizami Sadıqova yaxın olan şəxsdən alınmalıdır. Əks təqdirdə iğra başçısı bələdiyyə sədrinə möhürü təhvil verməyi əmr edib.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə yazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.