Redaksiyamıza Göyçayda yaşayn iş adamları adından anonim bir müraciət ünvanlanıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir və bəri başdan qarşı tərəfi də dinləməyə hazır olduğunu bildirir:
"MTN-nin keçmiş naziri Eldar Mahmudovun əmri ilə MTN-nin Göyçay rayon şöbəsinə rəis təyin olunan Rəşad İsrafilzadə Göyçayda sahibkarlara və məmurlara qan uddurur, öz işini isə aparan yoxdur. Rayonda vəhabilərin sayı durmadan artır, Rəşad İsrafilzadənin başı qarşıb pul qazanmağa.
Belə ki, MTN-nin Göyçay rayon şöbəsinə rəis təyin olunan Rəşad İsrafilzadə Göyçayda sahibkarlıqla məşqul olan Hacıyev Habil Məsim oğlunu 1 gün MTN-nin Göyçay rayon şöbəsində saxlamış, sonda 4000 manat alandan sonra sərbəst buraxmışdır. Bundan başqa MTN-nin Göyçay rayon şöbəsinə rəis təyin olunan Rəşad İsrafilzadə Rayon İcra Hakimiyyətinin kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə haqq qoymuşdur. Belə ki, hər bir kənd icra nümayəndəsi və bələdiyyə sədri 20 hektar əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq pulun MTN-nin Göyçay rayon şöbəsinə rəis təyin olunan Rəşad İsrafilzadəyə verməliedir. Əks halda, bununla razılaşmayan kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə “səni yoxlatdıracam” deyə Rəşad İsrafilzadə hədə qorxu gəlir. Bir neçə dəfə MTN-nin Göyçay rayon şöbəsinin rəisi Rəşad İsrafilzadə və şöbənin digər əməkdaşları Rəşad İsrafilzadənin göstərişinə əsasən Kənd İcra Nümayəndələrinin və bələdiyyə sədrlərinin fəaliyyətini özü yoxlamış, araşdırmanın nəticəsi barədə Göyçay rayon prokuroruna rəsmi məlumat vermiş, yoxladığı vəzifəli şəxslər barəsində cinayət işinin başlanmasını tələb etmişdir. Hal-hazırda MTN-nin Göyçay rayon şöbəsinin rəisi Rəşad İsrafilzadənin müraciəti əsasında Göyçay rayon Prokurorluğunda onlarla araşdırma aparılır. Araşdırmanın birinin adı bizə məlumdu. Belə ki, Göyçay rayon Qaraməryəm kənd İcra Nümayəndəsi Seymur müəllimin işini hal-hazırda prokurorluq araşdırır. Göyçay rayon Qaraməryəm kənd İcra Nümayəndəsi Seymur müəllim MTN-nin Göyçay rayon şöbəsinə rəis təyin olunan Rəşad İsrafilzadənin qurbanına çevrilib. Araşdırma aparılarsa belə hadisələrin çoxu aşkar olunar".