Alı Alıyevin subsidiyaları mənimsədiyi üzə çıxdı
Füzuli rayonundan olan bir qrup fermer bölgədəki özbaşınalıqları faktlarla sübut edib. "Savaş" xəbər verir ki, VİZUAL.az-a verilən məlumata görə, rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə, icra başçısının son hadisələrdən sonra fəaliyyətinin təftiş edilməsinə başlanıb.
Fermerlər bildirirlər ki, Füzuli rayonunda subsidiyalar mənimsənilir. Bu Füzili Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin başçılığı ilə edilir. Bu işdə ona kənd təsərrüfatı naziri Heydər Əsədov da yardım edir. İcra başçısının təzyiqlər ilə üzləşəcəklərinə görə müraciət müəllifləri adlarının açıqlanmasını istəyiblər.
Müraciətdə deyilir ki, ölkə prezidenti İlham Əliyev kənd təsərrüfatı istehsalçılarına buğda əkininə görə subsidiyaların verilməsində şəffaflığın təmin edilməsinə göstəriş versə də, Füzuli rayon icra başçısı buna məhəl qoymayıb. Məsələn: Dövlət qış otlaq sahəsinə aid olan torpaqlardan
Alxanlı kəndi üzrə:
Əliyev Kərəm Saleh oğluna - 10 hektar arpa:
Hacıyev Vaqif Alkərəm oğluna - 5 hektar arpa (icra nümayındəsi)
Hacıyev Xalid Alkərəm oğluna - 5 hektar arpa
Alıyev Cavanşir Hüseyn oğluna - 4 hektar
Quliyev Ələddin Kamran oğluna - 12 hektar
Araz Dilağarda kəndi üzrə:
Əliyeva Məlahət Nuru qızına - 20 hektar və onun oğlu Əlixanov Dəyanət Nurəddin oğluna- 42 hektar.
Aşağı Kürmahmudlu kənd üzrə:
Xanmirzəyev Rafiq Tofiq oğluna - 20 hektar arpa.
Bayramov Rasim İbrahim oğluna - 6 hektar
Kərimbəyli kəndi üzrə:
Məmmədov İsmixan Qəzənfər oğluna - 8 hektar arpa
Mahmudlu-2 kəndi üzrə:
Həsənov Mirzə Arzuman oğluna - 10 hektar arpa
Böyük Bəhmənli kəndi üzrə:
Hüseynov Həsən Bahadur oğluna - 18 hektar arpa.
İsmayılov İlyas Mehrac oğluna - 26 hektar boş sahəsinə,
İcra nümayəndəsi İsmayılov Sirac Mehrac oğluna - 25 hektar arpa və yonca
Şükürova Maya Osman qızına - 5 hektar boş sahə Mirzəliyev Cəfər Aslan oğluna - 5 hektar boş sahə
Musayev Tumas Əbil oğluna- 15 hektar arpa Süleymanov Rəhim Nəsib oğluna- 10 hektar boş sahə Quliyev Tiflis Cəmil oğluna - 9 hektar boş sahə
Gecəgözlü kənd sakinləri:
Məmmədov Hünbət Alıməmməd oğluna - 6 hektar arpa
Qurbanov Gəray Allahverdi oğluna - 4 hektar arpa Tanrıverdiyev Nizami Kərəm oğluna- 10 hektar buğda
Xəlilov İbad Məhəmmədəli oğluna - 12 hektar (icra nümayəndəsi) Rüstəmov İlham Heydər oğluna - 5 hektar Talıbov Vəli Hüseyn oğluna - 2 hektar
Əbdürrəhmanlı kənd sakinləri:
Nəsirov Allahverdi Qara oğluna - 4 hektar arpa
Nəsirov Yavər Deputat oğluna - 2 hektar arpa
Yağlıvənd kənd sakini:
Məmmədov Yaqub Sehriman oğluna - 4 hektar arpa
Kürdlər kənd sakini:
Səfərəliyev Ağəddin İsbəndiyar oğluna - 100 hektar arpa
Ardınca fermerlər torpaq islahatı aparılmayan təsərrüfatlardan yazıblar:
Rayonun Horadiz kəndi işğalda olmasına baxmayaraq torpaqdan istifadə hüququna dair sənədi olmayan bir qrup adamlara kənd icra nümayəndəsi Ağayev Rasim Muradxan oğlu kolxoza aid torpaqları özünə və subsidiya yazılmasından xəbəri olmayan 21 nəfərə 700 hektar arpa və yonca sahəsini buğda əkini kimi göstərərək subsidiyalar yazmışdır. (Qeyd etmək istəyirik ki, Horadiz kəndi ərazisində faktiki əkini olanların adları subsidiya siyahısında yoxdur). Göründüyü kimi təqdim olunan subsidiya siyahısı tamamilə saxtadır.
Rayonun işğalda olan Qaraxanbəyli kəndinin bir qrup sakinlərinə sənədsiz olaraq "Şpartı” adlanan ərazisində olan 430 hektar arpa sahəsinə subsidiyalar yazılmışdır. Acınacaqlısı odur ki, siyahıda adı göstərilən 85 yaşlı Əliyev Əjdər Əli oğlunun 2 ildir ki, anlaqsız olduğu üçün qohumları tərəfindən Sumqayıt şəhərinə oğurlanıb aparılması barədə oğlu Əliyev Seymur Əjdər oğlu Respublikanın Baş Prokurorluğunda, Daxili İşlər Nazirliyində və Füzuli rayon məhkəməsində işi aparımış (cinayət işi) bir şəxsin adına 15 hektar, onun oğlanları Əliyev Seymur Əjdər oğluna 30 hektar və Əliyev Rafiq Əjdər oğluna 20 hektar subsidiya yazılmışdır. Bu kəndin siyahısına baxarkən aydın olur ki, subsidiyalar bir neçə ailənin üzvlərinə yazılmışdır.
Məsələn: Əliyev Tanrıverdi Şəfahət oğluna 25 hektar və onun arvadı Əliyeva Xalidə Ayazxan qızına 35 hektar, Qasımov Qəhrəman İsa oğluna 39 hektar və onun oğlu Qasımov Zahid Qəhrəman oğluna 19 hektar arpa sahələrinə subsidiyalar yazılmışdır. Burada da tərtib olunmuş subsidiya siyahısı saxtadır.
Rayonun 9 saylı Qayıdış qəsəbəsi üzrə :
Bakı şəhər sakini Əhmədov Əhəd Abbas oğluna üzüm bağı üçün ayrılan torpaq sahəsinin 230 hektarında əkdiyi şəkər çuğunduru və arpa sahəsini buğda əkini kimi göstərilərək subsidiya yazılmışdır.
Rayonun Əhmədbəyli kəndi üzrə :
Kənd sakini Bağırov Abdurəhim Cəmil oğluna qış otlaq sahəsində olan 28 hektar boş sahəyə subsidiya yazılmışdır.
Qarabağ kəndi üzrə:
Kənd üzrə göstərilən 1500 hektar buğda sahəsinin 600 hektarı arpadır. O cümlədən qış otlaq sahəsi üzrə:
Horadiz şəhər sakini Ələkbərov Qərib Əsgər oğluna - 75 hektar arpa
Kənd sakini İsmayılov Musa Qubad oğluna - 20 hektar,
Füzuli şəhər sakini Hüseynov Aydın İsa oğluna yazılan 300 hektar buğda sahəsinin 100 hektarı arpadır. Bu toxumçuluq təsərrüfatıdır. Araşdırılsa aydın görünər. İcra nümayəndəsi Əliyev Vidadi Nərçə oğluna - 16 hektar boş sahə
Laçın rayon sakini Xanlarov Ziyad Hacı oğluna - 20 hektar arpa
Füzuli şəhər sakini Kərimova Aminə Rəhim qızına - 15 hektar boş sahə
Bakı şəhər sakini Əliyev Şəhriyar Nəriman oğluna - 200 hektar arpa
Bala Bəhmənli kənd sakini İsmayılov İsmayıl Dəmir oğluna - 10 hektar boş sahə
Üçbulaq kənd sakinləri Məmmədov Həkimxan İbrahim oğluna - 18 hektar yonca, Qəhrəmanov Əhliman Qəhrəman oğluna - 25 hektar arpa və yonca
Mahmudlu -1 kəndi üzrə:
Kənd sakini rayon ekologiya idarəsinin rəisi Əliyev Nazim Məhəmməd oğluna heç bir hüquqi sənədi olmadan 10 hektar buğda sahəsi adı altında subsidiya yazılmışdır.
Müraciət müəllifləri bildirirlər ki, göstərilənlərdən aydın olur ki, rayon üzrə 18134.01 hektar buğda sahəsi üçün ayrılan subsidiyanın 2402 hektarı arpa, yonca və boş sahə təşkil edir:
"Bu da 96080.00 manat dövlət vəsaitinin talanmasıdır. Qeyd olunan insanlar buğda əkmədikləri halda aldıqları subsidiyaların 50% -ni Alı Alıyevə verərək, qalan 50%-ni qənimət hesab edirlər, - deyə fermerlər qeyd edir. Fermerlər prezident İlham Əliyevdən xahiş edirlər ki, qeyd olunan faktlar araşdırılsın.