Qazax Rayon İcra Hakimiyyətinin şəhər inzibati dairəsi üzrə nümayəndəsi Akif Vəliyev də yerində olmyan kadrlardandır. Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir. Həmin məqaləni təqdim edirik:
"Onun bu gün tutduğu vəzifədə idarəçiliyi gözə görünmür. Məsələ burasındadır ki, Akif Vəliyevi əvvəlki iş yerindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov korrupsiya və rüşvətxorluqda suşulayaraq işdən azad etmişdi. Bəs necə oldu ki, o, Qazaxa şəhər inzibati dairəsi üzrə nümayəndə gətirildi?
Öncə qeyd edək ki, Akif Vəliyev Qazax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müdir işləyərkən, onun göstərişi ilə sosial yardıma ehtiyacı olanlar kənara atılaraq, imkanlı və müdirin “bığının” altından keçənlərə yardım verilirdi. Niyə də verilməsin? Çünki Akif Vəliyev özü bu vəzifəyə sabiq nazir Füzuli Ələkbərovun vasitəsi ilə gəlmişdi. Onun vəzifəyə gətirilməsində Qazax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sabiq direktoru, dostu Pərviz Əliyevin də maddi köməkliyi olub. Əks halda Vəliyevin özünün də maddi imkanı böyük olsa da, o heç də savad baxımından kimlərdənsə bacarıqlı deyildi.
Həmişə tikinti sahələrində öz ciblərini dolduran, korrupsiya və rüşvətxorluqla məşğul olan, yalançı vədləri və hay-küyi iləzəif insanlar üzərində meydan oxuyan Akif Vəliyev bu gün şəhərin icra nümayəndəsi kimi özünü doğrultmur. Hələ bu şəxsin sərbəst piyada şəhəri gəzdiyini, kimlərinsə problemləri ilə maraqlandığını görən yoxdur. Bu yoxluq Akif Vəliyevin icra nümayəndəsi kimi təcrübəsizliyini təsdiq edir.
Akif Vəliyev icra nümayəndəliyinin hesabına ayrılmış külli miqdarda vəsaitin əsassız yerlərə silgisini də təşkil edən məmurlar sıarasındadır. Tabeçiliyindəki obyektlərə gəlir mənbəyi kimi baxan Vəliyevin hər salamı da təmannalı xarakter daşıyır. Buradan da aydın olu ki, Vəliyev bu hərəkətləri ilə Qazax şəhərində yaşayan “qara” camaatın deyil, yalnız öz mənafeyini güdür.
O, Qazax şəhərinə RİH-nin səlahiyyətli nümayəndəsi təyin olunan kimi şəraiti 1-ci olaraq özünə yartmalı oldu. “Məscidin” içini düşünən Vəliyev Qazax şəhərinin “Gillik” tərəf deyilən yerdən də torpaq sahəsi alaraq dəbdəbəli villa inşa etdirdi. Halbu ki, Vəliyevin kənddə, Bakıdan və “Şəkidən” belə ev –eşik sarıdan problemi yoxdur. Təki çirkli pullar dəryası olsun.
Akif Vəliyevi rayon əhalisi adam aldadan kimi də tanıyırlar. Yalanı doğrultmaq üçün içdiyi andların sayı-hesabını unutsa da, alacağını qətiyyən unudan adam deyil. Məmur Vəliyevin psixologiyasına Qazax şəhər əhalisinin uyğunlaşması yəqin ki, qeyri-mümkündür".
Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.