«Ağdamlı Dəmiri»nin bacısı oğlu DYP rəisi imiş

27-11-2015, 10:41   
«Ağdamlı Dəmiri»nin bacısı oğlu DYP rəisi imiş

Ağdam DYP-nin rəisi olan Vasif Məmmədov Eldar Mahmudovun ən yaxın adamının əliylə vəzifə başına keçib

Eldar Mahmudov işdən çıxarıldıqdan qısa müddət sonra həbs olunan «Ağdamlı Dəmir» adlı avtomobil alverçisi Dəmir Abdullayevlə bağlı maraqlı məlumatlar ortaya çıxıb.

Sabiq MTN şefinin ən yaxın adamlarından biri olan Dəmir Abdullayevin təkcə Badamdarda deyil, həmçinin şəhərin müxtəlif yerlərində avtomobil satışı mərkəzləri olub. Onun əsasən sifariş əsasında xaricdən maşın gətirdiyi vurğulanır.

Lakin «Ağdamlı Dəmir»in başqa bir məziyyəti daha varmış. Məlum olub ki, o, Eldar Mahmudov və komandasının üzvləri tərəfindən şantaj edilərək, MTN-ə gətirilən sahibkarların əlindən alınan avtomobilləri sataraq, pula çevirmək işlərini də həyata keçirib.

Bildirək ki, Dəmir Abdullayevlə bərabər onun oğlu Mehman da həbs olunub. Bu şəxsin də hansı səbəbdən və nə üçün həbs edildiyi hələlik məlum deyil. Yəqin ki, istintaqın əlində tutarlı əsas olub ki, belə bir addım atılıb.

«Ağdamlı Dəmir»in təkcə maşın alverində əli gətirməyib. O, həmçinin digər məsələlərə də aktiv olub. Məsələn, Dəmir Abdullayevin hazırda ən yaxın adamlarından biri DYP rəisidir. Belə ki, Ağdam rayon Polis Şöbəsinin Dövlət Yol Polis Xidmətinin rəisi (DYP) Vasif Məmmədov Dəmir Abudullayevin bacısı oğludur.

Məlumatlarda iddia edilir ki, Vasif Məmmədovun bu posta təyinat almasında dayısının və hazırda həbsdə olan oğlu Mehmanın müstəsna rolları olub. Qeyd edilir ki, DYP rəisinin ali təhsil alması da bir başqa olub. Və deyilənlərə görə, Vasif Məmmədov dayısı oğlu Mehmanın sayəsində «ali təhsil» alıb və 4 illik prosesi qısa müddətə endirə bilib.

Qarşı tərəfi də dinləməyə hazırıq./regionxeberleri.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.