Teref.infonun poçtuna Neftçala DYP-sindən şikayət daxil olub. Şikayət məktubunun nöqtə və vergülünə əl dəymədən sizin mühakimənizə təqdim edirik.
” Hörmətli redaksiya noyabr ayının 25-i gecə saat 01.11 radələrində, Zülfüqarov Davuda məxsus avtomobil Neftçala rayonunda Heydər Əliyev küçəsində saxlanılaraq Neftçala DYP-nin cərimə meydançasına yerləşdirilib.Neftçala sakini Zülfüqarov Davud iki gün sonra ona məxsus “Dayvo Nexsia” markalı 90 kl 320 nömrəli dövlət qeydiyyatlı avtomobilini Neftçala DYP-nin cərimə meydançasından çıxartmaq istəyəndə, məlum oldu ki, avtomobildən dəyəri 160 manat olan ətir götürülüb. Zülfüqarov Davud Neftçala DYP-nə oğurluq barəsində məlumat verib. O maşından götürülən ətir qaytarılmasa şikayət edəcəyini bildirib. Lakin Neftçala DYP sinin əməkdaşı ona; “Hara istəyirsən şikayət elə, əgər şikayət etsən rayonda maşın sürmüyəcəksən, səni ilişdirəcəyik.” deyib.
Neftçala sakini DYP-nin rəisi Azad Məmmədyarovun qəbuluna düşməyi israrla cəhd etsədə, bu mümkün olmayıb. Ona cavabında: “hara istəyirsiniz, şikayət edə bilərsiniz” deyiblər. Onuda bildirik ki, Neftçala DYP-nin rəisi, Azad Məmmədyarov bir aydır Neftçala DYP-inə rəis təyin olunub”
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!