Oqtay Şirəliyev üçün Göyçay rəzaləti: vətəndaş intihar anonsu verdi

30-11-2015, 08:36   
Oqtay Şirəliyev üçün Göyçay rəzaləti: vətəndaş intihar anonsu verdi
Göyçay Mərkəzi Xəstəxanasında baş verən neqativ hallar, adıçəkilən səhiyyə ocağında rüşvətxorluğun “ayaq tutub yeriməsi” haqda saytımıza şikayət daxil olub. Savash.org vasitəsilə müvafiq dövlət orqanlarına şikayət edən vətəndaşın açıqladığı faktlar isə Göyçay Mərkəzi Xəstəxanasında rüşvətin bağlıca iş prinsipi olmasını təsdiqləyir. Şikayətçi Quliyev Səbuhi Fəxrəddin oğlu yazır: “03 iyun 2015-ci il tarixində qardaşım Quliyev Akif Fəxrəddin oğlu Göyçay rayonu ərazisində avtomobil qəzasına düşdü. Hadisə zamanı ciddi xəsarət alanların olması bizi Göyçay Mərkəzi Xəstəxanasına müraciət etməyə məcbur etdi. Ancaq nə bilıəydik ki, bizə əsl qəzanı elə Göyçay xəstəxanasında yaşadacaqlar?”
Qardaşının nişanlısı Vüsalə Yəhyayevanı əməliyyat edən Famil Namazovun onlardan küllü miqdarda rüşvət istədiyini iddia edən şikayətçi eyni zamanda Göyçay Mərkəzi Xəstəxanasının travmatoloqları Elman və Mərdalı adlı həkimlərin səhlənkarlığı üzündən digər xəstələri İntiqamın şikəst hala salınaraq Bakıya göndərilməsindən şikayətlənir: “halbuki Elman və Mərdalı adlı həkimlər bizdən 350 manat rüşvət tələb edirdilər. Mən bu barədə əlimdə olan audio və video sübutları Göyçay rayon prokurorluğa təqdim etsəm də Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov rayon prokuroru Muxtar Eminovla həmyerli oldugundan bu məsələ elə yerindəcə ört-basdır edildi”.
Daha sonra baş verənlərlə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdiyini deyən şikayətçi nədənsə məsələnin adıçəkilən idarədə yox, elə Göyçay Mərkəzi Xəstəxanasında “araşdırıldığını” bildirir: “İndiyə qədər də anlamadığım səbəblər üzündən şikayətimi Korrupsiya İdarəsi yox, Göyçay Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva “araşdırdı”. Ləman xanıma baş verənlərlə bağlı bütün sübutları təqdim etsəm də o heç bir tədbir görmədi”.
Əli hər yerdən üzülən şikayətçi daha yuxarı instansiyalara müraciət etdikdəsə işə Səhiyyə nazirinin müavini Elsevər Ağayev qarışıb: “Sonradan öyrəndim ki, Göyçay Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalovla səhiyyə nazirinin müavini Elsevər Ağayev tələbə yoldaşıdır. Görünür, elə buna görə də Elsevər Ağayev köhnə dostunu qorumağı özünün borcu bilib”.
Şikayətçi daha sonra bildirir ki, Göyçay Mərkəzi Xəstəxanasına verdiyi küllü miqdarda rüşvəti sələmə götürüb, hazırda isə həmin sələmi ödəməkdə çətinlik çəkir: “Sələmə pul götürüb bunlara vermişəm. İndi sələmi ödəyə bilmirəm, bircə əlacım intihar edərək canımı qurtarmağa qalıb”.
Qeyd edək ki, şikayətçi yaxın zamanlarda Göyçay Mərkəzi Xəstəxanasında ondan rüşvət alındığını əks etdirən audo-video sübutları saytımıza təqdim edəcəyini bilıdirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.