XAÇMAZ ƏSMM-DƏ RÜŞVƏT SKANDALI – 500 MANAT VER, YARDIM AL SÖZÜ ƏLILI QƏZƏBLƏNDIRDI

30-11-2015, 16:39   
XAÇMAZ ƏSMM-DƏ RÜŞVƏT SKANDALI – 500 MANAT VER, YARDIM AL SÖZÜ ƏLILI QƏZƏBLƏNDIRDI
Bir çoxumuza sirr deyil ki, Azərbaycanda verilən ünvanlı sosial yardım bugündə sosial idarələrin rəisləri tərəfindən rüşvət qarşılığında vətəndaşlara verilir. Xaçmaz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayon şöbəsinin rəisi Ülkər Teyyubova Azərbaycan Respublikasının qanunlarına zidd fəaliyyətdədir…? Xaçmaz rayon Dədəli kənd sakini 2 övlad sahibi 3-cü qrup əlil çarəsiz qalıb.

Bu barədə redaksiyamıza şikayət edən vətəndaş sentyabr ayından Ülkər xanımın yürütdüyü iş prinsipinə görə 4 baş ailə üzvü çörəyə möhtac qalıb. Xaçmaz rayon sakinlrinindən də əldə etdiyimiz məlumata görə, Ülkər Teyyubovaya sosial yardım almaq üçün müraciət edən şəxslərə 500-1000 azn gətirərlərsə sosial yardım ala biləcəklərini vəd etdiyi bildirilir.

Dədəli kənd sakini acınacaqlı vəziyyətində dəfələrlə Xaçmaz rayon Əmək və Əhalinin Sosial şəbəsinə getsədə Ceyhun adlı inspektor tərəfindən ələ salındığını və əlil olması göz önündə olması nəzə alınmaması ilə yanaşı Ülkər Teyyubovanın tabeçiliyində olan Ceyhun adlı inspektor 3-cü qrup əlilə 500 manat ver sənin adını siyahıya salım səndə sosial yardım ala biləsən deməsi əlilin həyatını alt üst edib.

Şikayət məktubunda bildirilənə görə, əvvələr sosial yardım aldığını deyən, əlil vətəndaş sosial kartın müdəti bitdikdən sonra, yenidən 01 sentyabr 2015–ci il tarixində müraciət edib. Amma get gələ salınan vətəndaş 25.11.2015-ci il tarixində vətəndaşın idarəyə yenidən getməsi və aldığı cavab şok edici olub. Ceyhun adlı inspektor ondan 500 manat gətirməsən sənə sosial yardım verə bilməyəcəyik deyib.

Belə olan halda əlil olan vətəndaş idarə rəhbəri ilə görüşmək istədiyin bildirib amma Ceyhun ona bildirib ki, Ülkər xanım Bakıdadır kursa gedib. Ayın 7-dən tezdə gəlməyəcək. Ülkə xanım şəxsən tapşırıb ki hamıdan bu pullar yığılsın o gəndə ona təhvil verilsin.

Vətəndaş bununla bağlı kameralarımız karşısındada çəkinmədən müsahibəsin verdi.. yaxın günlərdə geniş şəkildə mövzuya qayıdacağıq.

İş günü olmadığından Ülkər xanımla əlaqə saxlaya bilmədik…

Araşdırmamız davam edir…

Redaksiyamız qarşı tərəfi dinləyərək mövqeyin dərc etməyə hazırdır..

Bizi izləyin …

A N O N S

Ülkər Teyyubova Xaçmaz rayon Xudat şəhərində kimlərə qanunsuz sosial yardım verib…?

Xudat şəhər sakini Ülkər xanımdan hansı yollarla sosial yardım ala bilib…?/xeberxetti.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.