Son vaxtlar Ağcabədidə baş verən məmur özbaşnalığı, insanların addımbaşı bürokratik əngəllərlə üzləşməsi ilə bağlı anaxeber.info olaraq tərəfimizdən dəfələrlə məqalələr dərc olunub. Ancaq bu dəfə konkret imzalarla ünvanlanan müraciət baş verənlərin daha ciddiliyindən xəbər verir. Artıq təsdiqlənmək üzrədir ki, Ağcabədidə bütün qanunsuzluqların, özbaşnalıqların başında icra başçısı Şahin Məmmədov dayanır. Bir qrup Ağcabədi sakini Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, digər yüksək vəzifəli dövlət adamlarına və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə müraciət etmişdir. Bir surəti redaksiyamızın elektron poçtuna göndərilən həmin müraciəti olduğu kimi dərc edirik:
“Hörmətli cənablar dəfələrlə Ağcəbədi Rayon İcra Başçısı Şahin Məmmədovun çox ciddi Qanunsuzluqların və rayonda yaratdıqı ən qəddar diktatura resimi onun qanunsuzluqlarından ölkə rəhbərliyinə Şikayət yazanları demokratik adlanan bir dövlətdə ifadə azadlığından mehrum edərək vətəndaşların haoo səsini boğmaq üçün Ağcəbədi rayon Hüquq Mühafizə orqanlarının vasitəsi ilə vətəndaşlara cərimə kəsdirmək və onları şantaj etdirərək həbs etdirməsi barədə Azərbaycan rəsmilərinə şikayət etmişik.Hər dəfədə hüquqlarımızın təminatcısı olan ölkə prezidentinə etdiyimiz şikayətlər Prezident Admistrasiyasında vəzifəli şəxslərin rəhbərlik etdiyi ərazi idarə etmə orqanları şöbəsindən İlham Əliyev cənablarının prezidentliyi dövründə onun atası olan Məhrum prezidentimiz Heydər Əliyevin 25 iyul 1997-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş vətəndaşların müraciətlərinə baxılması qatdası haqqında Azərbaycan qanunun 5-6-7-ci maddələrinə zidd olaraq şikayətçi olduğumuz Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun üzərinə göndərilir.Bu bir daha hüquqi və demokratik adlanan bir dövlətdə vətəndaşların haqlı şikayətlərinə baxılmaması deyilmi?
Cənab prezident siz dəfələrlə istər müsahibələrdə istərsədə televiziya çıxışlarınızda sahibkarları öz məqsədləri naminə təqib edən məmurları cəzalandıracağınızı bildirisiniz.Ancaq sizin dediklərinizin əksinə olaraq sahibkarlar Ağcəbədi rayonunda Şahin Məmmədov Tərəfindən təqib edilir şərlənir və heç bir hüquqi əsası olmayan iddialarla Məhkəmələrdə Şahin Məmmədovun göstərişi əsasında boğulur.
Ölkə mətbuatında və sosial Mediada 10 ildir ki Ağcəbədi rayon icra başçısı işləyən Şahin Məmmədovun Qanunsuzluqların və korrupsiya faktları və xarici dövlətlərdə və ölkə daxilində olan çox saylı əmlakları və villaları nə vaxt Ali hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq? Bizə məlum olan bütün bu faktların siyahsını təqdim edirik
13 aprel 2015-ci il tarixində Ağcabədi rayon İH Başçısı Şahin Məmmədov 120 sahibkarın qarşısında acıq bəyan etdiki Ağcabədi rayon Haramı adlanan ərazilər satılmışdır və ordakı sahibkarlar oranı 2ay müddətində tərk etməlidir. O bildirdi ki, ona 2008-ci ildə bu torpaqlarla bağlı 5 diplomat pul təklif olunub. O, hal-hazırda həmin torpaqların satılmasını bəyan edir və sahibkarlara ərazini tərk etməyi bildirir. Ağcabədi rayonu Sarıcalı kəndinə məxsus olan 3000 hektar, Kəbirli kəndinə məxsus olan 2800 hektar camaatdan zorla alınaraq başçı tərəfindən başqa şirkətlərə satılmışdır. Abadlıq adı altında sahibkarlardan milyonlarla manat vəsait alınaraq başçı tərəfindən mənimsənilmişdir. Saxta tender adı altında Pərioğullar kəndinə 13200 manat, Salmanbəyli kəndinə 9400 manat, Şahsevən kəndinə 4200 manat, Yeni Qaradolaq kəndinə 13200 manat, Hacibədəli kəndinə 29200 manat, Hüsülü kəndinə 15800 manat, Qaradolaq kəndinə 13200 manat, Hacılar kəndinə 9400 manat, Minəxorlu kəndinə 9400 manat, Ağcabədi şəhər nümayəndəliyinə 85500 manat, Şərəfxanlı kəndinə 6800 manat, Kəbirli kəndinə 8400 manat, Boyad kəndinə 22500 manat, Rayon təhsil şöbəsinə 252990 manat, Mədəniyyət şöbəsinə 102624 manat, Təhsil şöbəsi CAVİD Kİ MMC-yə 113890 manat, Təhsil şöbəsi ƏZİM 3M MMC-yə 112910 manat, Mərkəzi xəstəxana TÜNZALƏ V MMC-yə 86900 manat, Mədəniyyt şöbəsi ÜLKƏR H MMC-ya 47950 manat, RASMİK MMC-ya 24812 manat, Ağcabədi şəhər icra nümayədəliyinə 650462 manat pullar saxta sənədlər əsasında mənimsənilmişdir.
Ağcəbədi şəhər ərazisində yolların əsaslı təmir edilməsi adı altında 650462 min manat pul köçürülmüş “Ağcəbədi fərid”MMC-nin sahibi isə Ağcəbədi rayon 33 saylı yol istismar sahəsinin rəisi Vidadi Cəfərovun oğlu Fuad Cəfərovundur. Ağcəbədi MMC-nin rəsmi sənədində sahibi Fuad Cəferov göstərilsə də bu şirket Ağcəbədi rayonun 33 saylı yol idaresinin rəisi Vidadi Cəferovun Şirkəti kimi tanınır. Vidadi Cəferovun rehberlik etdiyi Şirkətin Ağcəbədi rayon 33 saylı yol idaresi isə Ağcəbədi rayonun Hüsülü, Kürdlər, Şərəfxanlı, Mirzehaqverdili kəndlərini birləşdirən və ümumi uzunluğu 41 km olan yolun 19.4 km hissəsinin təmir işləri ilə bağlı tenderin qalibidir. 5.000000 milyon manatdan artıq büdcəsi olan tenderin V.Cəferov rehberlik etdiyi Ağcəbədi rayon 33 sayli yol idaresinin 650min manatdan artıq büdcəsi olan Ağcəbədi şəhər ərazisində “yolların təmiri”adı altında keçirilən tenderində V.Cəferovun oğlunun adına olan şirkəti qazanmışdır.
Mediada yer alan və təkzib olunmayan məlumatlara görə görə Ağcəbədi rayonun icra hakimiyyəti başçısı Ş.Memmedovun Almanyanın Münhen cə Köln şəhərində Türkiyənin ən bahalı ərazisi olan Beşiktaş və Başaq şəhərlərində bina evi və villası var,bütün bu faktları bir araya Gətirdikdə məlum olur ki,Ağcəbədi rayon İcra Başçısı Şahin Memmedovun Almanya, Türkiyə və Gürcüstanda ən azı beş villası məlum olar.Şahin Memmedovun Abşeron yarmadasında,Qaraçuxur və Masazır qəsəbəsində dəyəri milyon manatlarla ölçülən villalara Yasamal rayonun Şəfalı yerlərlə sayılan N.Nermanov heykəlinin arxasındakı binalarda yüksək təmir olunmuş üç mənzili Azərbaycanin gözəl təbiətə malik Qax,Qəbələ,Şamaxı,Quba Daçkəsən rayonun Xoşbulaq kəndində villası vardır.
Bizlər Ağcəbədi rayonunda İcra başçısı işləyən Şahin Məmmədovun haqsızlığına ədalətsizliklərinə rayonda yaratdiqi ən qəddar diktatura resiminə vətəndaşları onun göstərici əsasında məhkəmələrdə boğularaq ifadə azadlığından mehrum edilməsini son qoyulmasını İstəyirik.
Bütün bu Göstərilənlər Haqsız və ədalətsiz Cəza alanların və vətandaşların gözləri qarşısında 98 sahibkarın rəsmi müraciətini müstəqil qezet olan “PRESS İNFORM”-un qəzetinin BAŞ REDAKTORU İlqar Zakir Oğlu Şirinovun Həmin qəzetdə Müraciəti İşıqlandırdığına görə bundan qəzəblənən Ağcəbədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun Sifarişi əsasında Həbs olunub.
Müraciət etdiyimiz Azərbaycan Rəsmiləri əgər sizlər 10 ildir ki Ağcəbədi icra başçısı işləyən Şahin Məmmədovun rayonda yaratdığı bu qəddar rejimə son qoya bilməyəcəksizsə onda bizləri ölkə vətəndaşlığından xaric edin ki bizlərdə qanunları işlək olan və vətandaşların hüquqlarını hər addımda can-başla qoruyan bir dövlətdən sığınacaq istəyək.
Müraciət etdiyimiz xarici nümayindəliklərlə sizlərdən xahiş edirik ki,hüquqi və demokratik adlanan Azərbaycan dövlətinin Ağcəbədi rayonunda 10-ildən artıq icra başçısı işləyən Şahin Məmmədovun yaratdıqı ən qəddar diktatura rəsiminə öz etirazınızı bildirməklə bütün bunları hüquqlarımızın təminatçısı olmağa öhdəlik kötürmüş ölkə prezidentinə çatdırasınız.
Ağcəbədi rayon sakinləri
İmzalar:
Nərimanov Nizami İnqilab oğlu
Alıyev Akif Yaqub oğlu
Hacıyev Şükür Mərkəz oğlu
Paşayev Rasim Əhmədalı oğlu …”