Xəbər verildiyi kimi, dünən Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb.
Virtualaz.org bildirir ki, ananın yaxınlarının ANSPRESS-ə verdikləri məlumata görə, hadisə Sabunçu rayonunda yerləşən xəstəxananın Ginekoloji şöbəsində baş verib. Məhərrəmova Fəridə doğuş sancıları ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə doğuşun normal keçdiyini deyiblər. Doğuşdan sonra isə uşağın öldüyünü söyləyiblər: “Ananın birinci hamiləliyi idi. Həkimlər ölü doğulan uşağın oğlan olduğunu dedilər. Uşağın nə səbəbə öldüyü barədə bizə heç bir məlumat vermədilər. Bu bir həftə ərazində həmin xəstəxanada doğuş zamanı 3-cü ana-bala ölümüdür".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, ana hamiləliyi zamanı stress keçirib: “Ananın patologiyası olub. İlan görüb, stress keçirib. Stress onun bətnində olan uşağa da təsir edib. Uşaq reanimasiyada ölüb”.