Yardımlı RİH başçısının Ziya Məmmədovun qardaşı ilə biznes ortaqlığı - TƏFƏRRÜAT

7-12-2015, 04:58   
Yardımlı RİH başçısının Ziya Məmmədovun qardaşı ilə biznes ortaqlığı - TƏFƏRRÜAT
“Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq millət vəkili Elton Məmmədovla biznes ortaqlığı var”. Bu sözlər Savash.org-un elektron ünvanına göndərilmiş informasiyadandır.

Daxil olan məlumatda iddia olunur ki, əslində Elton Məmmədovla birbaşa təmasda olan, biznes haqq-hesabına nəzarət edən şəxs Yardımlı RİH başçısının müavini Mahir Mirzəyevdir:

“Amma sirr deyil ki, müavini Sevindik Hətəmovun icazəsi olmadan belə bir ciddi işə qol qoya bilməzdi. Məsələ burasındadır ki, Yardımlı meşələrinin doğranması adıçəkilən üçlük üçün əlavə qazanc mənbəyi yaradıb. Onların ortaq olaraq çalışdırdıqları mebel və parket sexlərinə xammal məhz Yardımlı meşələrinin hesabına ödənilir. Cökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağacları özlərinə məxsus sexlərdə emal etməklə küllü miqdarda qanunsuz qazanc əldə edilir”.

Bütün bunların rayon camaatının gözləri qarşısında baş verdiyini iddia edən mənbəmiz sual edir ki, “belə deyilsə, o zaman açıqlama versinlər görək, hər gün iri yük maşınları ilə daşınaraq başqa rayonlara, həmçinin rayondakı şəxslərə verilən ağaclar niyə kəsilir?”

Savash.org-a daxil olan məlumata görə, iri tonnajlı yük maşınları günün müxtəlif saatlarında Yardımlı meşələrinə daxil olaraq doğranmış hazır odunları daşıyaraq "qara bazar"a çıxarır: “Kəsilən ağacların bir qismi Yardımlıda və ətraf rayonlarda odun kimi satılır. Bir qismi isə mebel-parket sexlərinə çatdırılır? Məgər, Yardımlı RİH-nin məsul şəxsləri bütün bunları görmür? Görmürlərsə, deməli yerlərində deyillər, yox, görüb baş verənləri dayandırmaq istəmirlərsə deməli, bu işdə maraqları var”.

Sonda xatırladaq ki, son zamanlar nəqliyyat naziri Ziya Məmmədov və ətrafının “vurulması” prosesi gedir. Bunu nazirin qardaşı Elton Məmmədovun sonuncu parlament seçkilərində mandatsız qalması da təsdiqləyir. Odur ki, Məmmədovlarla ortaqlı iş quran Sevindik Hətəmov və müavini Mahir Mirzəyevin də cəzasız qalmayacağını düşünmək olar.

Mövzuya qayıdacağıq.

Savash.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.