Qərb Qarabağda öz sülhməramlılarını yerləşdirmək istəyir. Bu açıqlama ilə erməni Qrant Melik Şahnazaryan çıxış edib. O, həmsədrlər arasında da fikir ayrılığının olduğunu bildirib: “Qərb, xüsusilə ABŞ Qarabağda öz sülhməramlılarını yerləşdirmək istəyir. Burada məqsəd isə regiona təsir imkanlarını artırmaqdır. Ona görə də Uorlikin addımlarında tələskənlik müşahidə olunur. Hazırda həmsədrlər arasında fikir ayrılığı hiss edilir. Onların hər biri münaqişəyə öz dövlətlərinin maraqlarından yanaşır”.