Cənab nazir,Cəlilabadakı biabirciliğa son qoyun

8-12-2015, 06:22   
Cənab nazir,Cəlilabadakı biabirciliğa son qoyun

Hörmətli Nazir! Bizi bu “Ərəblərin əlindən xilas edin!”

Sizə bildirirəm ki, bütün şüurlu ömrümü xalqıma, vətənimə, dövlətimizə həsr etmiş və faydalı əməklə məşğul olmuşam. Ailəliyəm, bir azyaşlı uşaq atasıyam. Son illər bir çoxları kimi mən də işsizlik problemi ilə üzləşdiyimə görə fərdi təsərrüfatla məşğul olsam da, dövlətin qayğısına ehyitac duymuşam. Lakin ölkə başçısının sərəncamları ilə mənsub olduğum qəbildən insanlara göstərilən dövlət qayğısından biz də məmurların qərəzli prinsiplərinə görə süni surətdə kənarda qalmışıq.

2015-ci ilin mart ayından etibarən Cəlilabad rayon ƏƏSMN mərkəzinə yeni direktor təyin olunmuş Azər Mirzəxanlı və işçisi Ziya Muradzadə yeni yazılmamış qanunları ilə mənə ünvanlı sosial yardım almağa imkan vermirlər. Ötən 9 ayda dəfələrlə cənab Azər Mirzəxanlının qəbulunda olaraq qanun çərçivəsində ailəmizı ünvanlı sosial yardım verilməsində müvafiq kömək etməsini xahiş etsəm də, ona rüşvət verməyə pulum olmadığı üçün boş vədlərdən başqa heç bir köməklik görməmişəm. Xatırladım ki, bu gün Cəlilabad rayonunda ünvanlı yardım alanların böyük əksəriyyətinin maddi imkanı ən yüksək səviyyədədir. Bir neçə dəllallar vasitəsilə 500 manatdan 1000 manat arasında rüşvət müqabilində sosial yardım almaq mümkündür. Bu məsələlərə Ziya Muradzadə və atası Mirhəbib Muradov baxır. Bu neqativ halların icra məkanı isə Mirhəbib Muradova məxsus çayxanadır.

Odur ki, Sizdən xahiş edirəm ki, ya qanunların aliliyini bərpa edin, ya da mənə 1000 manat pul göndərin ki, mən də dəllallar vasitəsilə Azər Mirzəxanlıya verib, dövlətin qayğısından bəhrələnərək ünvanlı sisial yardım ala bilim.

Xahiş edirəm nəzərə alasınız.

İbadov Natiq Alguşad oğlu

Cəlilabad rayonu Adnalı kəndi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.