Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

NATO Azərbaycan TV-si açır: “EuroMediaNews”

22-05-2014, 16:37   

“NATO Əməkdaşlıq İnstititu Avropada media qrup yaradır”. Axar.az xəbər verir ki, bu sözləri NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov öz Feysbuk səhifəsində yazıb. O, yeni yaradılan media qrupun əsas işinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olacağını deyib: “NATO Əməkdaşlıq İnstitutu Avropada media qrup yaradır. Artıq bütün işlər yekunlaşmaq üzrədir. Mediaya xəbər agentliyi, televiziya, radio və s. bölmələr daxildir. İlkin olaraq hər gün iki saat yayımda olacağıq. Media qrupun əsas işi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olacaq. İnsan haqları və demokratik prosesləri artıq açıq şəkildə canlı nümayiş etdirəcəyik. Bu, institutumuzun layihəsi çərçivəsində baş tutur. Bu yaxınlarda ictimaiyyətə geniş məlumat veriləcək. Media qrupun adı belədir: “EuroMediaNews”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar