Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Azerinews.tv bildirir ki, belə qurumlardan biri də korrupsiyanın tüğyan etdiyi Lənkəran RQİŞ-dir. Lənkəran MERO-sunda sürücülük vəsiqəsi verilmir, satılır. Bura sürücülük vəsiqəsi almağa gələnlər ,sanki mal bazarına gəlirlər. Uzun illərdirdir 5 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində əsl bazar mühiti yaradıb. Lənkəran Regional MERO-sunda sürücülük vəsiqəsinin qiyməti 850-1200 manat aralığında dəyişir. Beləki, hökm sürən özbaşnalıqdan,qanunsuzluqdan əziyyət çəkən vətəndaşların əməkdaşımıza dediklərinə görə maşınlarını texniki müayinədən keçirtmək üçün buraya gələnləri Əlixan Zeynalov əməlli-başlı peşiman edir. Belə ki, onlar şöbənin ərazisinə yox, birbaş Masallıya göndərilirlər və orada rəisin adamlarından ibarət olan xüsusi maklerlər vətəndaşlardan,özlərinin müəyyən etdikləri pulu almamış sürücülərə sənəd-zad verilmir.
Bundan başqa nömrə,sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə,ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.Bildiyiniz kimi,oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Əlilxan Zeynalov bir müddət əvvəl nazirdən töhmət də almışdır.
Sürücülük vəsiqəsini qanuni şəkildə ala bilmədikləri üçün maklerlərə müraciət edən vətəndaşın dediyinə görə həmin maklerlər bildirirlər ki,bu pulun yalnız cüzi bir qismi onlara çatır,qalanının hamısını rəisə verirlər.
“Görün bu adam necə böyük bir şəbəkəsi qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompyuterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompyuterlə imtahan da boş şeydir, sadəcə oyun,görüntüdür. Necə deyərlər, pulunu ver, musiqini sifariş et. Lənkəran MERO-sunda real vəziyyət belədir. Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur. Dövlət orqanları Lənkəran 5 saylı RQİ barəsinin rəisi haqda ciddi ölçü götürməlidirlər”-Masallı rayonundan olan şikayətçilərdən biri məktubunda belə bildirir...
Lənkaran MERO ilə bağlı azerinews.tv- yə daxil olan digər məlumatda deyilir ki, qeydiyyat-imtahan və texniki baxış şöbəsi də sözün həqiqi mənasında bazara çevrilib. Həmin işləri isə cənab Zeynalov işçisi mayor Şahbaz Quliyevin əli ilə həyata keçirir. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "rüşvət" sistemi yaradıb. Yəni, pulu olan hər bir vətəndaş Lənkaran Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər.
Həmin problemlərlə bağlı Lənkaran sakinidə bildirir ki, hazırda qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 850-950, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir».
Şikayətçilərin dediyinə görə bütün özbaşnalıqlardan çəkinməyən, hər gün saat 4-də işə gələ Əlixan Zeynalov bunları kimlərə arxayın olub edir?! Lənkaran sakini Fərahim, Cəlilabad sakini Aydın , Şahverən müəllim və Qurban kişinin Əlixan Zeynalovun idarəsində üzləşdiyi korrupsiya halları haqda ilginc məlumatlar da daxil olan şikayətlər arasında yer alıb. Bununla bağlı araşdırmalar aparıldığı üçün , növbəti yazılarda geniş məlumat verməyə çalışacağıq.
-MERO-nun rəisinə Daxili İşlər naziri niyə töhmət verib?
-Lənkəran MERO-da oğurluq maşınlar necə qeydiyyata alınır?
-Azərbaycanın cənub bölgəsində avtomobillərdə 444 nömrələri kimlərə məxsusdur?
-Qurban kişi sürücülük vəsiqəsini almaq üçün rəisin rüşvət yığanı Əli adlı şəxsə nə qədər verdi və onu çilədən çıxardan nə oldu?
- Əlixan Zeynalov alınacaq rüşvətin məbləğini nədən rəngli kağızlara yazıb Əli adlı işçisinə göndərir və rəisin ən yaxın “makler”ləri kimlərdir?
Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.