Bu dəqiqələrdə Bakının mərkəzində, “28 may” metrosunun yaxınlığında qaçqınlarla polis arasında qaşıdurma yaranıb.
Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, mənzil şəraitlərinin ağır olmasına etiraz edən qaçqınlar yolu kəsməyə cəhd ediblər. Onlar hazırda müvəqqəti yaşadıqları yataqxananın sökülməsini, yenisini tikilməsini, şəraitlərinin yaxşılaşdırılmasını, həmçinin prezidentin verdiyi sərəncamların icra olunmasını tələb edirlər.
Polis bunun qarşısını almağa cəhd edəndə qarşıdurma yaranıb.
Əlavə məlumat verməyə çalışacağıq.