Azərbaycanlı oliqarx Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti Krımdakı 13 yanacaqdoldurma məntəqəsini “Yuqneftprodukt”un rəhbəri Sergey Kurçenkoya satıb. Axar.az xəbər verir ki, satış işləri bu ilin martında həyata keçirilsə də, yanacaqdoldurma məntəqələrinin üzərindən “Lukoyl”un loqoları ötən həftədən etibarən yığışdırlıb. Şirkətlər arasında danışıqlar mayın əvvəlində tam olaraq başa çatıb. Məlumata görə, Vahid Ələkbərovun bu addımı atmasına səbəb Qərbin tətbiq etdiyi sanksiyalarla bağlıdır.