Rumıniya hərbi büdcəsini artırmaq niyyətindədir. Baş nazir Viktor Ponta bildirib ki, onun ölkəsi hərbi büdcəsini qarşıdan gələn üç il ərzində ümumi daxili məhsulun (ÜDM) 2 faizinə qədər artırmaq niyyətindədir. Belə bir qərar NATO-nun baş katibi Anders Foq Rasmussenin keçən həftə Buxarest səfərindən sonra qəbul olunub. Hazırda Rumıniyanın hərbi büdcəsi ÜDM-in 1,2 faizini təşkil edir.