Artıq ölkədə hər sahədə sabitlikdir. Yaşanan və ictimaiyyəti şoka salan cinayətləri özündə əksetdirən “MTN olayı”nı gündəmdən birdəfəlik siləcək Nardaran hadisəsi ölkənin konstision quruluşunun mühafizəsinə və ictimai təhlükəsizliyə məsul olan qurumlar tərəfindən keçirilmiç uğurlu əməliyyatlarla peşəkarcasına yatırıla bildi. Və ölkəmizi gözləyən ciddi təhdidlərin, təxribatların qarşısı alınaraq Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri daxilində sabitlik həmin ərazidə bərpa olundu. Bütün bunlarla yanaşı cəbhə bölgəsində sökutu bu dəfə erməni qruplaşmaları deyil, öz ərazimizdə dövlət məmurları pozdu. Belə ki, Ağdam rayonunda hökm sürən məmur özbaşnalığı, vətəndaşlara göstərilən biganə münasibət haqlı olaraq ağdamlılar tərəfindən etirazla qarşılandı. Belə ki, Ağdam RİH-nin başçısı Raqub Məmmədovun vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməsi və yarıtmaz iş fəaliyyəti sərgiləməsi artıq insanların yaşam tərzini dözülməz vəziyyətə çatdırıb. Vəziyyət o həddə çatıb ki, tək sadə vətəndaşlar deyil, həm də rayonun dövlət sturuktorlarında təmsil olunan məmurlar da icra başçısının təzyiqlərindən cana doyublar. 2015-2016-ci tədris ilinin başlanğıcında hələ rayon təhsil şöbəsinə müdir təyin olunmadan öncə RTŞ-nin müdiri vəzifələrini icra edən Rahil adlı şəxslə əlbir olan icra hakimiyyəti başçısı Raqub Məmmədov təxminən 200 nəfərə yaxın şəxsi guya təhsil müəssisələrində müəllim ştatı üzrə işə götürmək adı ilə hər birindən 2000(?) manat pulu rüşvət kimi almaqla(?) RTŞ ilə bağlanmış müqaviləyə əsasən işə götürmələri dövlət büdcəsindən ciddi şəkildə israfşılığa yol aşılmasına səbəb olub. Bu da ciddi maliyyə böhranı yaratmış olub və digər müəllimlərin maaşlarının almasında fasilə yaratmış olub. Digər maraqlı məqam isə yeni açılmış qırxa qədər sinfin ştatının təsdiq olunmamasıdır. Rayon Maliyyə Şöbəsinin müdiri ilə danışıqlar apararaq Maliyyə Nazirliyinin Xəqani adlı səlahiyyətli şəxsinə çatdırmaq üçün RTŞ-nin yeni təyin olunmuş müdirəsi Mətanət xanımın iştirakı ilə 40.000 manat “hesab” vermələri də bir neçə xəbər portalı tərəfindən ictimailəşdirildi. Artıq vəziyyət həqiqətən də dözülməz həddə çatmaqdadır. İnanırıq ki, ölkə rəhbərliyi Ağdamda yaşanan bu hallara və Eldar Mahmudovun yarıtmaz kadrı olan Raqub Məmmədovun fəaliyyətini nəzarətə götürülməsi üçün vaxt ayıracaq və ağdamlıları bu çətin durumdan qurtaracaqdır. Mövzuya qayıdacağıq… E.Vaqifoğlu, VHM Hüquq Müdafiə Təşkilatının sədri Növbəti yazıda izləyə biləcəksiniz: Ağdam RTŞ-nin müdirəsi Mətanət xanım DİN rəhbəri Cənab Ramil Usubovun adından necə və hansı söhbətdə istifadə etməklə məşğuldur? Bağça müdirəsini RTŞ-nin müdiri təyin etdirmək məntiqə uyğundurmu? “Mən 250.000 vermişəm” deməklə Mətanət xanım nəyi nəzərdə tutub? //reportyor.tv/