Krım tatarlarına "erməni qəsdi" planı...

23-05-2014, 09:49   

Krımda Martoyan qardaşlarının cəza dəstələri formalaşır

Krımı ələ keçirdikdən sonra şimal qonşumuzun burada üzləşdiyi əsas problem tatarlarla bağlıdır. Çünki tatarlar yenidən asanlıqla Rusiyanın idarəçiliyini qəbul etmək istəmirlər. Artıq Krım tatarları Krımda milli ərazi muxtariyyətinin yaradılması yolu ilə özünütəyin hüququ olduğunu bəyan ediblər.
Qeyd edək ki, Kiyevdə keçirilən və tatarların Krım yarımadasından deportasiyasının 70-ci ildönümünə həsr edilmiş kütləvi mitinqin qətnaməsində də bu məsələ öz əksini tapıb. Sənəddə Krım tatarlarının tarixi adların bərpası, Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat, Krım tatarlarının qurultayının tanınması və Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması kimi tələblər irəli sürülüb. Qətnamə müəlliflərinin fikrincə, 70 il əvvəl olduğu kimi, indi də Krım tatarlarına qarşı zorakılığa yol verilir, onların toplaşmaq hüququ əllərindən alınır.
Xatırladaq ki, hələ mart ayında Krımın Rusiyaya birləşdirilməsinə cavab olaraq yarımadada yaşayan tatar xalqı Krım Tatar Milli Qurultayını toplayaraq "milli muxtariyyət" qararını verib. Baxçasaray şəhərində növbədənkənar qurultaya toplaşan Krım tatarları milli muxtariyyətin yaradılması haqqında qərar qəbul edib. Qərarda bildirilir: "Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanması elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının tarixi vətənində milli ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun".
Qurultay eləcə də Avropa Şurası, Avropa Birliyi, ATƏT və İƏT-ə, xalqlara, dövlətlərin parlament və hökumətlərinə müraciət edərək, Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli ərazi muxtariyyət formasında öz müqəddaratını təyinetmə hüququnu dəstəkləməyə çağırıb. Bütün bunlar isə Moskvanın xoşuna gəlmir. Elə ona görədir ki, Kreml Krım tatarlarına ən müxtəlif formada cəzalar tətbiq etməyə hazırlaşır. Bu sırada ermənilərin Krım tatarlarına qarşı istifadə edilməsi məsələsi də var. Məhz belə bir vaxtda Krım tatarlarından olan jurnalist Osman Paşayev yarımadadakı ermənilərlə bağlı "facebook" səhifəsində şok bir iddia irəli sürüb. Belə ki, o, Krımda insanların ələ keçirilərək döyülməsinin əsas baiskarlarının erməni Martoyan qardaşları olduğunu bildirib. Osman Paşayev qeyd edir ki, Martoyan qardaşları Krım baş naziri Sergey Aksyonovla birgə Rusiya prezidenti Vladimir Putinə xidmət edir. Жurnalist hesab edir ki, Putin bununla da Krım tatarları və ermənilərin qarşıdurmasına nail olur: "150 min erməninin Krıma köçürülməsi barədə Bezaziyevin ideyası da məhz bu kateqoriyadandır. 1990-cı illərdə Krım erməniləri bəhanəsi ilə Şevev-Danielyan quldurları Krıma gətirirdi. Onlara deportasiya olunanlar üçün bütün vasitələr ayrılmışdı. Oğrular üçün milliyyət sürüyə düşmək üçün bir səbəbdir. Ən ali varlıqlar üçün isə mədəniyyət, dil və ədəbiyyatdır. Təəssüf ki, müharibə və konfliktlər zamanı iyrənclik ən yüksək səviyyəyə çatır. Simferopol milis şöbəsində ən pis avaralar Krım tatarları hesab edilir. Burada məmuriyyət Putin və digər diktator sistemlərində olduğu kimidir. Ona görə də nasist cəfəngiyatlarla bağlı olan hər şeyi bloklayacağam".
Qeyd edək ki, Moskva ermənilərdən cəza vasitəsi kimi çoxdan istifadə edir. Krım tatarlarını cəzalandırmaq üçün Kremlin planlarına Kazan tatarlarından istifadə də daxildir. Tatarıstandan olan politoloq Raşit Axmedov bildirir ki, Moskva çoxdan sınanmış "parçala və hökm sür" metodunu tətbiq edir. O, Moskvanın Krım və Kazan tatarlarının yaxınlığından istifadə etməyə qərar verdiyini qeyd edib. Politoloq Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Krıma mart ayının əvvəlində etdiyi iki səfəri xatırladır. R.Axmedov bildirir ki, bu səfərlər Krım və Kazan tatarları arasında son iki onillikdə ən yüksək səviyyədə görüşlərdir. O hesab edir ki, Kremlin xain taktikası müsbət nəticə verə bilər: "Kazan tatarları çoxdan müstəqillik ideyalarından imtina edərək Rusiyanın qanunsuzluq və korrupsiya reallıqları ilə barışıblar". Hər halda, real vəziyyətin təhlili Krımda tatarlar üçün asan vəziyyətin yaranmadığıın göstərir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.