İki ay əvvəl ailə həyatı qurmuş Elşən Sadıxovun hansı səbəbdən özünü asdığı məlum deyil
Masallının icra başçısı Rafil Hüseynovun köməkçisi Elşən Sadıxovun intihar etdiyinə dair xəbər yayılıb. JAM.AZ Facebook-da yayılmış məlumata istinadən xəbər verir ki, Sadıxov dünən özünü asaraq, öldürüb.
İlkin Ağayev adlı istifadəçi tərəfindən yayılmış xəbərdə deyilir ki, icra başçısının köməkçisi dünən dəfn olunub. Lakin bu barədə heç bir məlumat yayılmayıb.
JAM.AZ-ın əməkdaşları məlumatı dəqiqləşdirmək istəsə də, gec olduğundan nəticə əldə edə bilməyib.
Qeyd edək ki, Elşən Sadıxovun iki aydın evli olduğu bildirilir. Onun hansı səbəbdən intihar etdiyi isə məlum deyil.
**
Aldığımız son məlumatlara görə, intihar edən icra başçısının köməkçisi Masallı rayonunun Kolatan kəndindəndir. JAM.AZ rayondakı bir neçə mənbələrlə əlaqə saxlayıb və onlar məlumatı təsdiq ediblər. Lakin mənbələr intiharın konkret olaraq hansı səbəbdən baş verdiyi barədə heç bir bilgi verməyiblər.