Bank müdiri Saatlıdan prezidentə meydan oxudu – “istəsə də sübut edə bilməz”

5-01-2016, 10:39   
Bank müdiri Saatlıdan prezidentə meydan oxudu – “istəsə də sübut edə bilməz”
“Kapital” Bankın Saatlı rayon şöbəsinin müdiri Sakit Zahidov da devalvasiya milyonerlərindəndir. Devalvasiyadan əvvəl də maliyyə əməliyyatları ilə milyonlar qazanan Sakit Zahidovun sərvəti Saatlıda dillər əzbəridir. Ölkə prezidenti İlham Əliyevin “yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün bütün imkanlarından istifadə etməliyik” sözləri günümüzün reallığını əks etdirir. Ancaq bu gün əksər məmurlar və xüsusilə bankirlər sadəcə öz mənfəətləri üçün çalışırlar. Təəssüf ki, sadəcə paytaxtda deyil, əyalətlərdə də bankirlər devalvasiyalardan “qaz burub, qazan doldururlar”.
“Kapital” Bankın Saatlı rayon şöbəsinin müdiri Sakit Zahidov da devalvasiya milyonerlərindəndir. Belə ki, Azerinfo.org saytının iddiasına görə, birinci və ikinci devalvasiyalar zamanı köhnə tarixli əməliyyatlarla, S.Zahidov altı sıfırlı “gəlir” əldə edib. Qeyd edilir ki, devalvasiyadan əvvəl də maliyyə əməliyyatları ilə milyonlar qazanan bu şəxsin sərvəti rayonda dillər əzbəridir. Sakit Zahidovun sahib olduğu obyektlərin, mülklərin fotolarını və siyahısını yayımlayan bakunews.az bildirir ki, bank müdiri son illərdə təkcə kredit oyunları ilə milyonlarla pul qazanıb.
Sayt bildirir ki, məsələ ilə bağlı Sakit Zahidovun da münasibətinin öyrənilməsinə cəhd edilib. Verilən sualları ironiya ilə qarşılayan oliqarx bank müdiri “mənim etdiklərimi heç prezident də sübut edə bilməz” deyərək, sayt əməkdaşlarını cavab verməkdən imtina edib. Bankirlə sayt əməkdaşı arasındakı həmin söhbəti olduğu kimi təqdim edirik:
– Sakit bəy, Milli Məclis tərəfindən qəbul edilmiş qanun dəyişikliyində vəzifə səllahiyyətli şəxslərin bizneslə məşğul olması qadağan edilib. Əgər sizin biznesinizdən dövlət qurumları xəbər tutsalar, nə cavab verəcəksiniz?
– Mən işlərimi elə səhmana salmışam ki, kimsə, hətta prezident də istəsə bunu sübut edə bilməz. Heç bir obyekt mənim adıma deyil.
Qeyd edək ki, bu şəxslə bağlı hələ bu ilin əvvəllərində yayılan xəbərlərdə deyilirdi ki, Sakit Zahidov hamını vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşı olması ilə hədələyir: “Sakit Zahidov artıq əyalət milyonçusu səviyyəsində olmadığını göstərmək üçün hər məclisdə vergilər naziri Fazil Məmmədovla dostluğundan, hətta yaxın aylarda onunla qohum olacağından danışır. Sanki bu adam hörmətli nazirin adını qabartmaqla, kimlərəsə mesaj vermək istəyir. Bununla nəyi və hansı vəzifəni hədəflədiyini bilmirik”.
“Gündəm xəbər” qəzeti yazır ki, “Sakit Zahidov Cabir adlı şəxslə çoxlarının cibinə, rüzisinə sahibləndi. Dövlətin vəsaitləri müxtəlif yollarla mənimsənildi. Üstü qismən açılanda isə, o, şəriki və yaxın dostunu qurban verdi. Məlumata görə, Sakit Zahidovun dollar alverçiləri ilə gizli əməliyyatları və digər əməllərindən «Kapitalbank»ın rəhbərliyinin xəbəri yoxdur: «Olsaydı, onlar filial müdirinin kələklərinə qarşı sərt tədbirlərə əl atardılar…»
Kapital Bankın Marketinq və PR Departamenti İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Vüsal Əzizov isə bu barədə yazılanların həqiqət olmadığını iddia edib. O, bildirib ki, Sakit Zahidov ilə bağlı yazıda dəqiqləşdirilməmiş məlumatlar yer alıb və qarşı tərəfin mövqeyi öyrənilməyib.
Lakin adı çəkilən saytda S.Zahidovun açıqlamasına yer verildiyi iddia olunub.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.