"Cənab nazir, Hacıqabulda uşaqlar məktəbdə sözün əsl mənasında donurlar

6-01-2016, 10:46   

Məktəblilər böyük sual qarşısında – otaqları kim və necə qızdırmalıdır?

Hacıqabul sakini Rəşad Dadaşov redaksiyamıza kiçik bir şikayət məktubu göndərib. O, Hacıqabulun 1 saylı tam orta məktəbində qızdırıcı sistemin olmamasından şikayətlənir. Bildirir ki, bu soyuqda uşaqlar məktəbdə sözün əsl mənasında donurlar. Nə istilik sistemi var, nə də sinif otaqlarına elektirk peçləri qoyulur. Bununla bağlı narazılıqlara isə belə cavab verilir ki, məktəb rəhbərliyi sinif otaqlarını istiliklə təmin etməyə borclu deyil. Valideynlər qızdırıcı cihazlar alıb qoysunlar sinif otaqlarına.

“Biz başa düşmürük, məktəblərdə normal şərait yaratmaq və təhsil vermək hökumətin, yerli icra orqanlarının vəzifəsi deyil? Nəyə görə 1 saylı Hacıqabul məktəbində sinif otaqları heç olmasa elektrik qızdırıcıları ilə isidilmir? Direktor Cəmilə Ağamalıyeva valideynlərdən pul yığılmadan müəllimlərin siniflərdə qızdırıcı qoşmasına niyə imkan vermir? Biz rayon təhsil şöbəsinin müdiri Şükür Məmmədovdan, icra hakimiyyətinin başçısı Əhməd Muxtarovdan xahiş edirik ki, məktəbin istiliklə təmin olunması üçün tədbir görsünlər”, – deyə şikayət məktubunda qeyd olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.