Bu gün səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçiriblər.
Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarına etiraz ediblər.
Hadisə yerinə gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları danışıqlardan sonra aksiya keçirənlər avtomobil yolunu açsalar da, dağılışmayıblar.
Hazırda etirazçı balıqçılarla ETSN-in hadisə yerinə gəlmiş nümayəndələri arasında danışıqlar aparılır./nia.az/